Artıq “WhatsApp”da kütləvi mesajlar göndərmək olmayacaq

28-03-2019, 07:47           
Artıq “WhatsApp”da kütləvi mesajlar göndərmək olmayacaq
“WhatsApp” messencerinin “Android” platforması üçün yeni versiyasında tətbiq edilmiş neyron şəbəkəsi tez-tez göndərilən mesajları izləyir və onları təhlil edir. Şirkət bununla da “feyk” mesajlarla mübarizəni gücləndirməyi planlaşdırır.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, süni intellekt 5 və daha çox paylaşılmış mesajları tez-tez göndərilən mesajlar kimi qeydə alır.

Şirkətin nümayəndələri bildiriblər ki, neyron şəbəkəsi hələ ki sınaqdan keçirilir. Sınağın nəticələrinə əsasən, neyron şəbəkəsinin messencerin bütün versiyalarına tətbiq edilməsinin məqsədəuyğunluğu haqqında qərar qəbul ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru