"Diqlas"dakı yanğında zərər çəkmiş sahibkarlar üçün təklif edilən güzəştli yerlər açıqlanıb

29-03-2019, 20:15           
"Diqlas"dakı yanğında zərər çəkmiş sahibkarlar üçün təklif edilən güzəştli yerlər açıqlanıb
İqtisadiyyat Nazirliyi “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlar üçün 5 ay icarə haqqı ödəməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısını açıqlayıb.

"Report"a daxil olan məlumata görə, həmin yerlər aşağıdakılardır;

Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında dəyişən 30 mağaza. Əlaqələndirici şəxs: İlyas Möhnətov (telefon: (055) 297-11-11);

Təbriz küçəsində yerləşən “Eurohome Express” də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza. Əlaqələndirici şəxs: Rauf Əliyev (telefon: (050) 796-55-55);

“Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kv. m olan 20 mağaza və 200 kv. m olan 5 anbar. Əlaqələndirici şəxs: Fərid Mahmudov (telefon: (050) 211-81-89), Qabil Nəhmədov (telefon: 050) 213-33-68);

AF-COM Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahə (20 kv.m olmaqla bölgü aparıla bilər). Əlaqələndirici şəxs: Rauf Əliyev (telefon: (055) 313 8118);

S.Vurgun küçəsində yerləşn “AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza. Əlaqələndirici şəxs: Şamil İsmayılov (telefon: (050) 725-06-60);

İqtisadiyyat Nazirliyində əlaqələndirici şəxs: Əli Hacıyev (telefon: (055) 255-80-07);












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.