“O videonu yayanlar peşəkar jurnalistlər deyil” - MŞ rəsmisi

2-04-2019, 17:26           
“O videonu yayanlar peşəkar jurnalistlər deyil” - MŞ rəsmisi
Son günlər ölkə gündəmini zəbt edən və böyük etirazlara səbəb olan əsasən iki məsələ var: üç xanımın çılpaq video-görüntüsü və narkomaniyanı təbliğ edən meyxana. Hər iki mövzu da mediada geninə-boluna müzakirəyə çıxarıldı. Saytlar azyaşlı qızların videolarını, intim görüntüsü yayılan xanımların fotolarını yayımladılar. Bəs, medianın bu məsələlərdə sərgilədiyi mövqe doğrudurmu, etikdirmi, əxlaqidirmi?

BakuPost bu suallarla Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərliyə müraciət edib.

M.Ələsgərli bildirib ki, hər iki mövzunun mətbuatda yayılması ictimai davranış və əxlaq normalarına ziddir. Digər tərəfdən, özəl həyatın toxunulmazlıq prinsipi pozulub.

Sədr müavini, həmçinin, qeyd edib ki, xəbər istehsalçıları qanunlarla yanaşı, etik çərçivədə fəaliyyət göstərirlər: "Jurnalistlərin peşə kodeksinə əməl olunmasına Mətbuat Şurası nəzarət edir, monitorinqlər aparır və münasibətini bildirir. Əslində, peşəkar jurnalistlər bütün bunları bilir. Görünür, bu videonu yayanlar peşəkar deyil”.

MŞ rəsmisinin sözlərinə görə, videoçarxlar yayılan kimi sədri, millət vəkili Əflatun Amaşov dərhal məsələyə münasibət bildirib, baş vermiş hər iki hadisəni qanun pozuntusu adlandırıb: "Biz tənzimləmə qurumu olaraq, öz üzərimizə düşən işi yerinə yetiririk ki, gələcəkdə bu kimi hallar vaş verməsin. Neqativ hallar olanda xəbərdarlıq edir və bəyanatlar, açıqlamalar veririk”.
Teref.az -dan qeyd: Görəsən MŞ-nın fikrincə jurnalist kimdir, rəsmi mövqeni yayanlarmı?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru