Kralın ən sadiq əsgərləri, Çərkəz qvardiyası – VIDEO

4-04-2019, 08:00           
Kralın ən sadiq əsgərləri, Çərkəz qvardiyası – VIDEO
Çərkəz qvardiyası İordaniyanın çətin günlərində, keçən əsrin 20-ci illərində yaradılıb. Hələ o zaman, İordaniya müstəqillik qazanmamıdır.

Çar imperiyasının (1763-1864) Qafqazı fəth etmək üçün apardığı müharibələr nəticəsində öz doğma yurdlarını tərk edən çərkəzlər, xarabalığa çevirilmiş qədim Ammon (indiki Əmman) şəhəri ərazisində məskunlaşırlar. Yerli əhali onları çərkəz adlandırsa da, mühacirlərin sirasında adıq, kabardin, çeçen, çərkəz və digər Şimali Qafqaz xalqlarının nümayəndələri var idi.

Tarixi mənbələrə əsasən, hələ əntiq dövrlərdə Ammon şəhərini qədim romalılar qurub-yaratmışlar. Bura köç etmiş Qafqazlı mühacirlər, çərkəzlər kənd təssərüfatı və ticarətlə məşğul olmağa başlayırlar.

Yaşadıqları əraziyə yeni nəfəs gətirən çərkəzlər öz əzimkar və döyüşkən ruhları ilə zaman-zaman qonşuluqda yaşayan bədəvi ərəb tayfalarına öz yerlərini göstərməyi bacarırlar. Onlar əldə etdikləri nailiyyətlərlə, yaşadıqları bölgədə güc və söz sahibinə çevrilirlər.

Həmin dövrdə, Məhəmməd peyğəmbərin nəsilindən olan Abullah, Haşimilər sülaləsinin başçısı idi. Hakimiyyətə can atan Abdullah çərkəzərin bu gücündən və dəstəyindən istifadə edərək bu günki Haşimilər sülaləsini hakimiyyətə gətirməyi bacarır.

Abdullahı Kral etmiş qafqazlı mühacirlər, ona güclü dövlət yaradmağa dəstək olmuş və günümüzədək onun sülaləsinə sədaqətlə qulluq edirlər.

Çərkəz Kral qvardiyasının yaranması

Bir dəfə bədəvi ərəblər qiyam qaldırırlar. Qiyam zamanı Abdullah möcüzə nəticəsində sağ qala bilir. Bu dəfə yenə çərkəzlər köməyə yetişir. O zamankı çərkəz lideri Mirzə paşa Kumuk ətrafda yaşayan adıqlardan kömək istəyir. Qısa bir müddətdə köməyə yetişən qırxa yaxın silahlı döyüşçü Abdullahı sıx dövrəyə alaraq, canları bahasına qiyamçı bədəvilərdən xilas edirlər. Onlar gələcək Kralı təhlükə tam sovuşanədək öz yaşadıqları aulda ciddi mühafizə edərək bir neçə ay saxlayırlar. Baş verən hadisədən illər keçir, bu müddət ərzində çərkəzlər heç bir maddi təmənna güdmədən gələcək Kralı mühafizə edirlər.

Sonralar İordaniya Kralı olan I Abdullah, həyatını xilas etdiyi üçün qafqazlıları dəyərləndirərək, çərkəzlərdən (adıq) ibarət xüsusi təyinatlı Kral qvardiyasının yaradılması barədə qərar verir. Eyni zamanda Kral iqamətgahını, o zamanlar “Çərkəz aulu” adlandırılan Əmman şəhərinə köçürülməsi barəsində əmr verir.

Artıq 100 ilə yaxındır ki, Haşimi sülaləsi öz şəxsi təhlükəsizliyini ancaq çərkəzlərə etibar edir.

Kral Hüseynə qarşı sui-qəsd

7 iyun 1970-ci ildə İordaniya Kralı Hüseynə qarşı sui-qəsd həyata keçirilir. O zaman ölkədəki siyasi vəziyyət son dərəcə ağırlaşmış, Haşimilərin rəqibləri dövlət çevrilişinə hazırlaşırdılar. Kral və ailəsi rəqibləri tərəfindən “hədəfə” alınır və onların fiziki məhvinə qərar verilir. Paytaxt Əmmandan öz şəhərətrafı iqamətgahına yola düşən Kralı zirehli avtomobillər, əsgərlər və əllidən çox Çərkəz qvardiyaçısı müşayət edir. Kralın avtomobil karvanı Fələstin müxalifətçilərinin nəzarət etdiyi ərazidən keçərkən, avtomat və minaatanlardan atəşə tutulur. Şiddətli atışma qırx dəqiqə çəkir. Yalnız şəxsi mühafizəçilərin, çərkəzlərin səyi nəticəsində dövlət başçısı Əmmana sağ-salamat geri dönməyə müvəffəq olur. Kral Hüseynə qarşı baş tutmayan bu sui-qəsddən az adam sağ çıxa bilir, atışmada qırx Çərkəz qvardiyaçısı həlak olur.

Ətrafda nə baş verməsindən, Yaxın Şərqdə siyasi vəziyyətin və ya həyatın hansı istiqamətə dəyişməsindən asılı olmayaraq Kralın mühafizəçiləri ancaq çərkəzlər arasından seçilir.

Kral I Abdullah, Kral Təlal, Kral Hüseyn dövründə olduğu kimi, bu günki İordaniya Kralı II Abdullah bu ənənəni davam etdirir.
Buta jurnalı













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.