SOYUNUB RƏQS EDƏN QIZLAR VƏ…

8-04-2019, 02:40           
SOYUNUB RƏQS EDƏN QIZLAR VƏ…
Sevinc Məmmədova
Tələbə

Mən şəhid övladı olsaydım tüpürərdim üzünüzə…

Vətəndən xeyli uzaqlarda olduğuma baxmayaraq, son zamanlar gündəmi zəbt edən, bir çox saytlardan və sosial şəbəkələrdən paylaşılan videolardan xəbərdaram. Tərbiyəsi olan insanın baxmağa utandığı, rastlaşdıqda belə gözünü yummaq məcburiyyətində qaldığı həmin videolar barədə fikirlərimi qısaca olaraq, oxucularla bölüşmək istərdim.

Bildiyimiz kimi, son illər insanların həyatına internet çox böyük surətlə inteqrasiya etmişdir. Bunun da özünəməxsus müsbət və mənfi tərəfləri yaranmışdır. İnternetin müsbət tərəfəri hamımıza məlumdur. Məsələn, istənilən informasiyanı qısa müddətdə əldə etmək, uzaq məsafədə olan insanlarla görüntülü danışmaq və sair. Mənfi tərəfi isə internetin verdiyi aşırı dərəcədə çox olan azadlıqdır.

İnsan orada-burada adının hallanmaması üçün əlindən gələni etməyə cəhd gostərir. Ancaq görürəm ki, biz nələrisə ört-basdır etməyə çalışdıqca öz dəyərlərimizdən uzaqlaşır və onları yavaş-yavaş unutmağa başlayırıq.

Gəlin elə birinci müsbət və ya mənfi tərəflərin nə olduğunu araşdıraq. Təəssüf ki, sosial şəbəkənin hegemonluq etdiyi bir dövrdə yaşayır və bunun nəticəsində həm doğru xəbər almaq, həm də informasiya əldə etmək üçün bir yerə yönəlirik.

İnformasiya əldə etmək və ondan istifadə edərək maariflənmək heç də pis deyil. Hətta, sevindirici haldır. Necə deyərlər, Azərbaycan gəncliyi irəli gedir, müasir texnologiyalardan istifadə edərək hər gün yeni məlumatlar əldə edir.

Bəli, işin sözdə yaxşı görünən tərəfi burasıdır, ancaq Azərbaycan gəncliyi sadəcə bununla kifayətlənirmi? Təəssüf ki, xeyir. Onlardan bir qismi saytlarda çılpaq və içkili qızların rəqslərini nümayis etməklə məşğuldur.

Bu cür bəsit insanlar yəqin ki, əsl kişilərin nədən bu gün cəbhədə Vətənin keşiyini çəkərək şəhid olduğunu belə anlaya bilmirlər. Çünki belələri ümumiyyətlə, mərdliyin, əsl kişiliyin nə olduğundan belə xəbərsizdirlər…

Eh, məsələ o qədər dərindir ki… Əfsuslar olsun itirilən dəyərlər geriyə qayıtmır, sadəcə bərpa olunmaq yolunda irəliləyir…

Son günlədə dərslərdən vaxt tapdıqca sosial şəbəkəyə nəzər yetirir və 31 mart günü baş vermiş hadisəylə bağlı videolar, müxtəlif paylaşımlara rast gəlirəm. 31 mart dedikdə xahiş edirəm səhv başa düsməyin… Mən o, məlum qızlardan danışıram, Azərbaycanlıların soyqırımından yox…

Bəli, məncə elə bu hissədə əlimizə dəsmal alıb ağlamağa başlasaq yaxşı olar. Bir olmaq lazım gələn yerdə, üç il öncə cəbhədə şəhid olan əsgərlərimizi yad etmək yerinə, qədim peşə sahibləri olan insanların hərəkətlərini araşdırmaqla məşğul oluruq. Niyə belə oldu, nə idi təqsirimiz? Bəlkə birinci elə özümüzdən başlayaq?
Niyə bu haldayıq, niyə kimisə qınayaraq gözə girməyə, trend olmağa ya da sevmədiyimiz insanlara bu videolar yoluyla söz göndərməyə çalışırıq?
Bəlkə də, bizə verilən bu qədər azadlığın qarşısında aciz qalmışıq.

Deyə bilərsiz ki, bu azadlığın nəyi pisdir? Ümumiyyətlə, azadlığa pis demək olarmı? Azadlıqdan dəyərli dünyada ikinci bir məhfum varmı? Məhz bütün ideal cəmiyyətlərin məqsəd azadlığa nail olmaq deyilmi?

Bu məqamda qeyd etmək istəyərdim ki, bizin nəzərdə tutduğumuz düşüncə azadlığıdır. Görünür ki, insan deyilən məxluqun heç də hamısının beyni bu azadlığı tam olaraq qəbul edib, həzm etmək gücündə deyil. Buna qiymət verib dəyərləndirə bilmir və bu azadlığı öz əqli səviyyəsi ilə ölçərək, hər kəsi də öz səviyyəsinə endirməyə cəhd edir.

Koroğlunun illər əvvəl dediyi «Odlu silah çıxandan sonra kişilikdən danışmağın yeri yoxdur» sözünü bu günə uyğunlaşdırsaq, «internet çıxandan sonra bəzilərinin kişiliyindən əsər-əlamət qalmadı», deyə bilərik. Acı da olsa bu belədir.

Bu hadisənin yaranmasının səbəbini yalnız özümüzdə axtarmalıyıq. Hər birimiz bu hadisədə müəyyən qədər təqsirliyik. Nəyi isə deməli boş buraxmışıq, nələri isə vaxtında etməmişik, zamanında qınamamışıq. Yəni, belə halların yaranmasına biganəliyimizlə şərait yaratmışıq.

Məhz bizlər deyilikmi, iki kişinin arasında olan gizli söhbəti çəkib paylaşan videolara bəh-bəhlə baxıb, onları müzakirə edən? Həmin videolara görə kimlərinsə cəzalanmasına sevinən, ardı gəlsin deyərək dəstək verənlər? Gizli səs və video vasitəsi ilə aparılan yazıları sübut kimi qəbul edib, ictimailəşdirib, onları yazan şəxslərə təşəkkürlərimizi bildirəndə işin bu vəziyyətə çatacağını düşünmürdükmü?

Elşad Abdullayevin və digərlərinin zamanında elədiyi hərəkətlər bu gün qızları videoya çəkən məxluqların hərəkətindən nə dərəcədə fərqlənir? Elə onun kimi hərəkətlərin məntiqi sonluğu bu cür yekunlaşmalı idi. Yəni bütün millətə, millətin mənəviyyatına, əxlaqına vurulan zərbə kimi…

Elə bir zaman gəlib ki, azadlıq içində azadlığı olmayan bir fərdə çevrilib insan. O, hər şeydən qorxur, dostlarla görüşməkdən, qəh-qəhə çəkib gülməkdən və ən nəhayəti isə ürəyi istədiyini danışmaqdan. Çünki istənilən an onun səsi yazıla bilər, onu videoya çəkilib ictimailəşdirilə bilərlər. Bununla da illərlə qazandığı hörməti bir anda itirə bilər. Bu qədər məhrumiyyətlər içində hansı azadlıqdan danışmaq olar?

Maraqlı odur ki, belə işlərlə məşğul olanlar özlərini məşhurlaşmış və ya cəmiyyətə yardım göstərmiş şəxslər kimi təqdim edirlər. Lakin gerçəkdən əsla belə deyil. Hesab edirəm ki, bu kimi hərəkətlər cəmiyyəti cılızlaşdırır. Cəmiyyətdə satqınçılığı artırır və kişilik deyilən məhfumu məhv edir.

Bundan başqa bu məsələnin araşdırılmasına ehtiyac olan tərəfi məlum videonu hansı saytın ilk olaraq ictimailəşdirdiyini müəyyən etmək olmalıdır. İnternet bu kimi videolarla doludur. Nədən məhz bu video 31 Mart Azərbaycanlıların Soyqırımı Günü yayılır? Videonu çəkən şəxsin şəxsiyyəti hamıya məlumdur. Bəs onu ictimailəşdirən sayt bunu edərkən nə düşünüb? Mən əminliklə deyə bilərəm ki, həmin saytın rəhbərliyi milli maraqlara xidmət etməkdən uzaqdır. Kimlər tərəfindən idarə olunduğu isə hüquq mühafizə orqanları tərəfindən araşdırılmalıdır.

Bunlar bir yana, qaranlıq qalan başqa məsələlər də var. İçirdilər, soyundurdular oynatdılar, videoya çəkdilər, paylaşdılar, bir çox məhşurlardan məsələ ilə bağlı sosial şəbəkə üzərindən reaksiya aldılar…Bəs sonda nəyə nail oldular? Güya cəmiyyətimiz belə tərzdə qızlar və ya qeyrətdən uzaq kişilər görmüyüb? Bu paylaşımla siz nələri təmənna etmək istədiniz?

Azərbaycan xanımının adını batırmağa çalışmaq və ya bəzi Azərbaycan gənclərinin nə ilə məşğul olduğunu bizlərə nümayiş etdirmək? Bunlardan hansı biri elədiyiniz hərəkətə haqq qazandıra bilər?

Sözümün canı ordadır ki, ey mayası bizdən olan düşmənlər, xalq çox yaxşı bilir kim nəçidir, kim kimin evindən çıxır, kimin puluyla dolanır və kimin əlinin altında tula kimi işlədilir…

Xalqım bunların hamısını bilsə də, düşünürəm ki, son vaxtlar başı bir az qarışıqdır. Mən anlaya bilmirəm, başa düşə bilmirəm. Heç bu qədər düşməni olan bir xalqın fərdləri özlərini bu hala sala bilərmi? Niyə biriləri öz adlarını bu qədər alçaldır axı?

Mən neçə illərdir bir şəhid usağının gözünə baxa bilmədiyim halda, siz necə o tərzdə soyunmuş şəxslərin üzünə baxa, tərbiyədən uzaq insanlarla münasibət saxlaya bilir, belə paylaşımlardan həzz ala bilirsiniz? Mənim yəqin yaşım, savadım çatmır, başa düşmürəm. 1 aprel günü yuxudan oyanan gəlinlərin üç ildir hələ də yolunu gözlədiyi şəhid ərləri varkən belə videoları çəkib yaymaq zarafatdırmı?

Mən şəhid övladı olsaydım tüpürərdim üzünüzə…Ona görə yox ki, siz əxlaqsızsınız, siz tərbiyə nədir bilmirsiniz…

Ona görə tüpürərdim üzünüzə ki, mən üç il əvvəl atamdan hansısa tərbiyəsiz qızı kimlərsə qarşısında rahat oynada bilsin deyə məhrum olmamışam!

Mən ona görə ailə birliyimi itirməmişəm ki, hansısa ailəsiz, ev tərbiyəsi görməyən insanlar Şəhidlərimizi anmalı olduğumuz gün milləti aşağılayan hərəkətlərini ictimailəşdirsinlər!

Mən ona görə yarımcan yaşamıram ki, hansısa pozğun düşmənin əlinə millətimə, dövlıtimə həqarət etmək üçün əsas versin!

Bizim onların üzuüə tüpürməyimiz isə sərt deyil. Çünki bir şəhid övladı kimi gecə yatanda için-için ağlayaraq yuxuya getməmişik, atamızın o tozlu-torpaqlı paltarlarına baxaraq güc almaq nədir bilmirik…Mən həqiqətən çox utanıram...

Bəlkə 31 mart sizə uzaq bir tarix kimi gələ bilər, ancaq aprel hadisələri ki, gözümüzün önündə yaşandı. Baxın yenə həmin ərəfədə bizi vurmağa çalışdılar… Bu zaman da bunu virtual şəbəkələrlə etdilər. Əfsuslar olsun ki, bacardılar da…

Millətinə öz yasını və zəfərini unutdurub istədikləri şeyi təbliğ edə bildilər. Öz şəhidini unudan xalq, qəhraman, qoçaq gəlinlərini, qızlarını da unutdu!

Siz axı nə tez unutdunuz həlak olduğu yüksəkliyə, Xəzərin sularında üzən bir gəmiyə adı verilən Gültəkin Əsgərovanı, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Qaratel Hacımahmudovanı, Daşsalahlı kəndinin keşiyində duraraq düşməni məhv edən Vəfa Mansurovanı, istedadlı jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı və ən nəhayət Azərbaycanın qeyrətli qızı Salatın Əsgərovanı, gəmi kapitanımız Şövkət Səlimovanı, II Dünya müharibəsində qadınlardan ibarət qırıcı aviasiya polkunun komandiri olan kapitan rütbəli təyyarəçimiz Züleyxa Seyidməmmədova və saymadığım daha neçə-neçə igid xanımlarımızı?

Biz onların nəvələri deyilikmi? Hansı xalqın tarixində Möminə Xatunu, Nigarı, Həcəri və Tuti Bikəsi var axı? Mən söz tapmıram. İnsanların sevgiyə ac olduqları belə bir dövrdə nəyinsə həzzini yaşamaq üçün, saxta sevgi hissələrini bərpa etmək adına cıxdıqları oyunlar cox acınacaqlıdır. Məsələ para-pulda deyil. 2018 ci il yay ayında “Azpolitika.info” saytında yayımlanan “Qadın kimi var olmaq istəyirik ” adlı məqaləmdə də bundan danlsmısdım.

Ancaq məni-“Muasirlik istəyir”- deyərək tənqid etmisdiniz. Bəs indi hanı o mentalitetimizin kesiyində duran kisiciklər?… Bəlkə belə videoları yayımlayanlar elə sizlərdən biridir? Nəysə, dediyim kimi məsələ parada, pulda da deyil. Məsələ sevgiyə mohtac və ac olmaqdadır. Bir atanın qızı həddini aşmasın deyə, üzünə baxmadıgı, onu normal səkildə danısdırmadıgı ucun bas verən psixoloji ehtiyaclar nəticəsində yaranan və həmin insanın ehtiyac duydugu hislərini bərpa edə bilməsi ucun əl atdıgı ən sadə yollardan birini muzakirə edirik.

Duzunə qalsa mən inanmıram ki, hər sevgiyə mohtac insanın icində bir əxlaqsız yatsın. Ancaq nə etmək olar, hər kəsdə bu ayrı şəkildə biruzə verir. Bəs yaxsı qadınlarımızı anladıq, kisilərimizə – “igidlərimizə”, namus kesikcilərimizə nə olub? Səhv anlamayın hec kimin tərəfini tutmuram. Ancaq məsələyə obyektiv yanasmaq lazım olarsa, bu hadisədə gunahı elə butun gunu instaqramdaki xəbər saytlarında şəklinə baxmaqda oldugumuz səxsdə gorurəm.

“Camaatın anası-bacısı var” deyə-deyə oz anasından, bacısından bixəbər olanlar, onlar yoxmus kimi həyatına davam edən insanlar umid edirəm ki, tez zamanda genlərini yer uzundən sildirməyi bacararlar. Əks təqdirdə biz daha çox ümummili hüzün və zəfər günlərimizdə bu kimi məsələlərlə üz- üzə qalacağıq.

Mən son məqaləmdə Azərbaycan xanımına lazım olan dəyərin verilmədiyindən bəhs etmisdim. Onların kifayət qədər azad olmadıqları, kimlərinsə əlinin altında işlədilərək elimdən, təhsildən uzaqda saxlanıldıqlarını demisdim.
O yazıya belə bir sərhlə qarsılaşmışdım: “Bura Avropa deyil, sən orada ki azadlıgı istəyirsən”.

Əziz oxuyucular, coğrafi baxımdan Avropa olmayan bir yerdə Avropadan belə daha avropalı oldugumuzu, harada pis nə varsa onu götürməyə calışdıgımızı bir daha subut etmis olduq. İndi nişanlısı var deyə car cəkən o saytlarda uzun- uzun mənasız xəbər oxumaq yerinə, mənalı islərlə məsgul ola bilərik.
Kitab oxuya, bilik əldə edə, internetin faydalı hissələrindən yararlanmaga calışsaq, inanın ki, on ilə o bəyənmədiyiniz Avropanın elmi cəhətdən irəli getmis hissəsindən hec bir əksiyimiz qalmaz.

Təbii ki, bunlar məmin düşüncələrimdir… Ürəyi istəyən butun gunu evdən qacmış qızları axtarmaqla reytinq toplamaga calışın. İstəyən Xoşqədəmə və onun əzəli dusməni olan, gözündə yas qalmayan Zaura baxa da bilər. İstəyən də pozgunluğu yayan saytlarda vaxtını havaya sovursun…

Ancaq mən bundan artıq üç cılpaq qızdan və onları qarşısında oynadan “kişilərdən” danısaraq məsələni uzatmaq istəmirəm. Unutmayaq ki, boş işlərə vaxt sərf etmək də ən böyük günahlardan biridir…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.