Bədəndəki maye yığılması ilə mübarizə aparan meyvələr — Bağırsaqları da təmizləyir

11-04-2019, 08:08           
Bədəndəki maye yığılması ilə mübarizə aparan meyvələr — Bağırsaqları da təmizləyir
Bədəndə su yığılmasının qarşısı alınmasa şişkinlik kimi problemlər yaradır. Bütün insanlarda ödəm, yəni bədəndə şişkinlik və su yığılması müşahidə oluna bilir. Ödəm toxumalar arasında bədəndəki mayenin artması nəticəsində yaranır.

Bunun qarşısnı almaq üçün “Teref.az” medicina.az-a istinadən faydalı meyvələri təqdim edir:

Armud

Armud ən faydalı meyvələrdən biridir. Onun tərkibində vitaminlər, minerallar, qidali liflər, orqanik turşular və s. faydalı maddələr var. Yüngül sidikqovucu təsirə malikdir. Günün istənilən saatında yemək üçün idealdır. Saçlara və dəriyə müsbət təsir edir. Armud qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqların normal fəaliyyətinə kömək edir, bağırsaqları təmizləyir, qəbizliyin qarşısını alır. Süfrəmizdən az qala əksik olamayan meyvədə fol turşusu (B9 vitamini) çoxdur, kaliumla və C və K vitaminləri ilə zəngindir.

Ananas

Tropik meyvələrdən olan ananas faydalı meyvələrdəndir. Bədənin su yığılmasını azaldır, həzm sistemini yaxşılaşdırır. Adətən arıqlamaq üçün qəbul edilir. Ananasda olan zülal mayası, yeməklərdəki zülalları təsirli bir şəkildə təhlil edərək mədə və bağırsaqları hərəkətləndirir.

Qreyfurt

Qreyfurt sadəcə su yığılmasının qarşısını almır. Eyni zamanda orqanizmi toksinlərdən təmizləyir. Metabolizmanı gücləndirərək kilo verməyə təsiri olan qreyfurt, insulin təhlükəsini aradan qaldırır. Antioksidantlarla zəngin meyvədir.

Qaragilə

Qaragilə sidikyolu infeksiyalarını önləyir. Hipertoniyanın qabağını alır, qan damarlarının divarlarını bərkidir, ömrü uzadır.

Əncir

Hərgün 3 və ya 4 əncir yeyə bilərsiniz. Xüsusi ilə qadınlar üçün faydalı meyvədir. Əncir sidik qovucu xüsusiyyətinə malikdir. Qəbizliyin qarşısını alır.

Qarpız

Qarpız doyumlu qidalardandır. Tərkibi baxımından lif miqdarı sayəsində sidikqovucu xüsusiyyəti güclüdür. Bol-bol vitamin qaynağıdır. Antioksidan səviyyəsi yüksəkdir.

Manqo

Manqoda mineral və vitamin səviyyəsi olduqca yüksəkdir. Xüsusi dadı olan bir meyvədir. Tropik iqlim meyvəsi sayılan manqoda yüksək miqdarda C vitamini var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.