Ölümündən sonra şərlənən igid polkovnik.. VİDEO

7-04-2019, 23:26           
Ölümündən sonra şərlənən igid polkovnik.. VİDEO
Teref.az olaraq Qarabağ müharibəsi zamanı Gədəbəydə batalyon komandiri olmuş Cahangir Rüstəmov haqqında milletinsesi.info saytından götürülmüş və əməkdar jurnalist Bəhlul Orucoğlunun müəllifi olduğu "Mərhum polkovnik Cahangir Rüstəmovun qaranlıq keçmişi.." adlı yazı barədə Gədəbəy sakini Elçin Rüstəmovun etirazına əsasən və həmçinin mərhum komandir Cahangir Rüstəmov haqında Elçin bəyin təqdim etdiyi sənədlərlə tanış olandan sonra yuxarıda adı çəkilən məqalənin şər və böhtan olduğu qənaətinə gəlmişik. Teref.az olaraq mərhum polkovnik Cahangir Rüstəmov barədə həqiqətləri içtimaiyyətə təqdim edirik:
Mərhum komandirin həyatından 1 fraqment:
Cahangir Rüstəmov 1991-ci ildə Şəmkirin Dəllər qəsəbəsindəki hərbi aerodromda 35 il xidmət keçəndən sonra polkovnik rütbəsində, batalyon komandiri vəzifəsində təqaüdə çıxıb. Rus ordusunun ali ordeni olan “Qırmızı Ulduz” nişanı ilə təltif edilmiş C.Rüstəmovun rahat təqaüdçü həyatı 1 il çəkib. 1992-ci ildə erməni qoşunları Gədəbəy, Tovuz, Qazax zonasına hucumlara başlayanda C.Rüstəmov vətənin peşəkar zabitlərə ehtiyacının olduğunu görüb və yenidən ordu sıralarına qayıdıb. O dövrdə Azərbaycan Milli Ordusunun yaranmasında yaxından iştirak edib. Onun rəhbərliyi ilə sonradan briqadaya çevrilən Gədəbəy özünümüdafiə batalyonu, Şəmkir batalyonu, Daşkəsən batalyonu birləşdirilib, alay yaradılıb. Həmin illərdə rus qoşunları Azərbaycandan çıxarılırdı deyə silah-sursat, hərbi texnikalar da ölkədən xaricə daşınırdı. Daşına bilməyən hərbi ləvazimatlar, obyektlər isə yararsız vəziyyətə salınırdı.

Belə bir vaxtda C.Rüstəmov 5 il qulluq etdiyi hərbi aerodroma 6 yük təyyarəsinin endiyini eşidir. Öyrənir ki, həmin yük təyyarələri Moskvadan aerodromdakı hərbi bazanın ələ gələn bütün silah-sursatının, ləvazimatlarının yüklənərək xaricə daşınması məqsədi ilə göndərilib. C.Rüstəmov aerodromu hücumla götürmək qərarını verir. C.Rüstəmovun rəhbərliyi ilə aerodromun uçuş zolağına yük maşınları ilə daş-kəsək, torpaq gətirilərək tökülür və yük təyyarələrinin oradan qalxması əngəllənir. Bu əməliyyat o qədər peşəkarlıqla hazırlanır ki, ruslar aerodrom ələ keçirilənə qədər nə baş verdiyini anlamırlar. Nəhayətdə Gəncədə dislokasiya olunmuş rus desantı aerodroma cəlb edilir. Gürcüstanın Vaziani rayonundakı rus hərbi bazasından qırıcı təyyarələr qalxaraq Şəmkirdəki aerodromun üzərində, bir neçə yüz metrliyə enməklə uçuş manevrləri etməklə C.Rüstəmovun rəhbərlik etdiyi hərbçiləri qorxudub ərazidən çıxmağa məcbur etmək istəyirlər. 10 gün aerodromun qərargahında C.Rüstəmovla danışıqlar aparılır.

Ruslar Cahangir Rüstəmovun şərtlərini qəbul edirlər

Sonda vəziyyətin çıxılmazlığını görüb C.Rüstəmovun şərtlərini qəbul edirlər: 6 yük təyyarəsindən üçü, aerodromdakı 11 ədəd Su-24 bombardımançı təyyarəsi, 27 ədəd MİQ-25 kəşfiyyatçı-qırıcı təyyarəsi, 1 ədəd Mi -8 vertolyotu, külli miqdarda silah-sursat, o cümlədən hərbi bazanın bütün avtomobil texnikası Azərbaycan Müdafiə Nazirliyinin sərəncamına keçir. Aerodromun dağıdılmasına imkan verilmir. Yük təyyarələrindən birində Kürdəmirdəki hərbi bazadan doldurulmuş və Rusiyaya aparılması nəzərdə tutulan silah-sursat boşaldılır. Sonradan həmin silah-sursatla, avtomobil texnikası ilə C.Rüstəmovun briqadası, Tovuz və Qazax hərbi hissələri təmin olunub. Aerodrom Azərbaycan Müdafiə Nazirliyinin balansına keçəndən 1 gün sonra Şəmkirdəki aerodromdan 2 bombardımançı təyyarə qalxıb, Qarabağ uğrunda gedən döyüşlərdə düşmən mövqelərini bombalayıb...

Elçin Rüstəmovun redaksiyamıza təqdim etdiyi videofaktları içtimaiyyətə təqdim edirik:
P.S. Elçin bəy rayondan Bakıya gəlib redaksiyamıza gələcəyinə və daha dolğun məlumatlar verəcəyinə söz verib. Və bizdə oxucuları Elçin bəyin gətirəcəyi məlu atlarla tanış edəcəyimizə söz verdik!
Teref.az

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.