Azərbaycan-İran sərhədində silahlı insident olub, sərhəd pozucusu öldürülüb

4-11-2019, 09:28           
Azərbaycan-İran sərhədində silahlı insident olub, sərhəd pozucusu öldürülüb
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, noyabrın 3-də saat 04:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin döv­lət sərhədini pozaraq mühəndis çəpərinə yaxınlaşması mü­şa­hidə olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­ıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılmış­dır. La­kin sərhəd pozu­cu­su əmrə tabe olmayıb, üzərindəki çantanı ataraq İİR istiqamətində qaçmağa cəhd göstər­ib.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucusuna qarşı silah tətbiq olun­muş və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerin­də və­fat edib. Zərərsizləşdirilmiş sərhəd pozucusuna və əraziyə baxış za­manı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 12 kq 340 qram olan müxtəlif növ nar­­­kotik vasitələr, 1 ədəd “Pietro Beretta” markalı tapança, 1 ədəd daraq, 8 ədəd patron aş­kar olun­ub.

Hadisə yerinin bilavasitə yaxınlığında sərhəd pozucusunu qarşı­layan göy rəngli “Niva” markalı 99-FC-999 dövlət nömrə nişanlı avto­mobildə Biləsuvar rayonunun sakini 1991-ci il təvəllüdlü Həsənov Elgün Həsənxan oğlu və Mingəçevir rayonunun sakini 1995-ci il təvəllüdlü Nəsirzadə Orxan Məhəmməd oğlu şübhəli şəxs qismində saxlanıl­ıblar. Araşdırma nəticəsində zərərsizləşdirilmiş sərhəd pozucusunun Cəlilabad rayonunun sakini 1994-cü il təvəllüdlü Əmirov Tural Əliəşrəf oğlu olması və oktyabr ayının 31-də “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Lən­kəran Hərbi Prokurorluğunun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.

Dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru