Bakıda hostellərin qiyməti kəskin ucuzlaşdı - VİDEO

25-11-2019, 10:05           
Bakıda hostellərin qiyməti kəskin ucuzlaşdı - VİDEO
Bakıda fəaliyyət göstərən hostellərin qiyməti kəskin ucuzulaşıb. Hazırda günü 3-5 manata da hosteldə gecələmək mümkündür.

Teref.az Xezerxeber.az-a istinadən məlumat verir ki, yay mövsümündən qışa keçid ərəfəsində ölkəmizə turist axınının azaldığı müşahidə edilir. Bu da Bakıda yerləşən ekonom büdcəli otellərin və hostellərin qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olub.

Turizm üzrə ekspert Elgün Babayev deyib ki, hazırda şəhər mərkəzinə yaxın yerlərdə kirayə ev tutmaq hostellərdən qat-qat baha başa gəlir. Bu səbəbdən də qrup şəklində səfər edənlər hostellərdə ayrıca otaqlar bron etməyə üstünlük verir.

Hostel işlədənlər isə bildirir ki, hazırda otaqların çoxu boşdur. Ekspertlərin fikrincə, ucuzlaşma mövsümi xarakter daşıyır.

Qeyd edək ki, Yeni il və Novruz bayramı ərəfəsində ölkəmizə xarici turistləri cəlb etmək məqsədi ilə Dövlət Turizm Agentliyi bir sıra layihələr həyata keçirəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru