İsveçrədə tələbə yüzillik fizika tapmacasının cavabını tapıb

4-12-2019, 08:07           
İsveçrədə tələbə yüzillik fizika tapmacasının cavabını tapıb
Lozannanın (İsveçrə) Federal Politexnik Məktəbinin bakalavr tələbəsi Vasim Dauadi alimlərin 100 il boyunca izah edə bilmədiyi fiziki tapmacanın cavabını tapıb.

"Report" xəbər verir ki, bu haqda "Neue Züricher Zeitung" məlumat yayıb.

Fiziklər anlaya bilmirdilər ki, niyə maye ilə dolu şaquli dar boruda hava köpüyü yuxarı qalxmır, hansı ki, bu, içində mineral suyun olduğu butulkanın açılışı vaxtı olur.

Gənc araşdırmaçı müəyyənləşdirib ki, köpük yuxarı, özü də yavaş-yavaş hərəkət edir. Lakin bu yerdəyişməni adi gözlə görmək mümkün deyil.

Tələbə kəşf edib ki, şüşə və mayenin arasında mövcud olan çox nazik qat havanın hərəkətinə mane olur. Nazik pərdənin ölçüsü millimetrin milyonda bir hissəsini təşkil edir.

O, bunu izah etmək üçün boruda şüşəyə işıq salıb və onun daxili səthindən əks edilmiş işığın, şüşənin səthindən əks edilmiş işıq arasında interferensiyanı (intensivliyin yenidən paylaşdırılma) təhlil edib.

Dauadi hesab edir ki, onun elmi işinin nəticələrini nanodiapazonda mayelərin hərəkəti vaxtı yaranan hadisələrin sonrakı tədqiqatında tətbiq etmək mümkün olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.