Estoniyada “AstraZeneca” vaksinindən istifadə üçün qoyulan yaş məhdudiyyəti ləğv ediləcək

12-03-2021, 09:10           
Estoniyada “AstraZeneca” vaksinindən istifadə üçün qoyulan yaş məhdudiyyəti ləğv ediləcək
Estoniyada Böyük Britaniyanın “AstraZeneca” əczaçılıq şirkətinin istehsal etdiyi vaksinin istifadəsi üçün qoyulan yaş məhdudiyyətləri ləğv ediləcək.

SİA xəbər verir ki, bu barədə Estoniyanın immunoprofilaktika üzrə ekspert komissiyası elmi araşdırmalarına əsasən məlumat yayılıb.

Bildirilir ki, ekspertlər tərəfindən “AstraZeneca” və Almaniyanın "BioNTech" və ABŞ-ın "Pfizer" əczaçılıq şirkətlərinə məxsus vaksinlərin birinci və ikinci dozaları arasındakı intervalın uzadılması da təklif edilib.

Qeyd edilib ki, buna qədər Estoniyada “AstraZeneca” şirkətinin istehsalı olan preparatın 70 yaşdan yuxarı olan insanların vaksinasiyası üçün istifadə edilməsi tövsiyə edilmirdi. İndi immunoprofilaktika üzrə komissiya əlavə tədqiqatlarla tanış olub və yaş məhdudiyyətlərinin ləğvi üçün əsasların olması və bu vaksinin gələcəkdə yaşından asılı olmayaraq yetkinlik yaşına çatmış bütün şəxslərin peyvənd edilməsində istifadə edilə biləcəyi qərarına gəlib.

Xatrladaq ki, hazırda Estoniyada əhalinin vaksinasiyasında Almaniyanın “BioNTech”, ABŞ-ın "Pfizer və “Moderna” şirkətlərinin vaksinindən istifadə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru