“Qəzetlər dövlət yardımı olmadan bir ayı belə ötüşdürə bilmirlər” – Redaksiyalarda ciddi problemlər yaranıb

12-03-2021, 15:11           
 “Qəzetlər dövlət yardımı olmadan bir ayı belə ötüşdürə bilmirlər” –
“KİVDF-nin bazasında yaradılan Medianın İnkişafı Agentliyi (MEDİA) qəzetlərin hesabına bu ilin yanvar-fevral ayı üçün nəzərdə tutulan vəsaiti köçürüb”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Türküstan” qəzəetinin baş redaktörü Aqil Camal bildirib. Onun sözlərinə görə, vəsaitin köçürülməsindəki ləngimə hansısa bürokratik səbəbdən deyil, yeni yaradılan qurumun sənədlərində, maliyyə kodlarında müvafiq dəyişikliklərin edilməsi ilə bağlı idi.

Baş redaktör daha sonra qeyd edib ki, qəzetlərə köçürülən maliyyənin bir az gecikməsi, əslində əvvəlcədən də bəlli olan bəzi mətləbləri üzə çıxardı: “Bir daha məlum oldu ki, bir sıra qəzetlər dövlət yardımı olmadan bir ayı belə ötüşdürə bilmirlər. Zaman-zaman ictimai müzakirələrdə qəzetlərlə bağlı iradlar, tənqidlər bildirilir. Və bu zaman "qurunun oduna yaş da yanır". Bu baxımdan, ümid edirəm ki, qarşıda nəzərdə tutulan Yeni Media islahatları çərçivəsində bu reallıqlar nəzərə alınacaq”.

Qeyd edək ki, vəsaitlərin iki aydan çox gecikməsi bəzi redaksiyalarda ciddi problemlərə səbəb olub. Əməkdaşların maaşları verilməyib, habelə mətbəə xərcləri şişib. Bu da çap mediasının satışdan ümumiyyətlə gəlir formalaşdıra bilmədiyini göstərir. Qəzetlərin mövcudluğu tamamilə MEDİA-nın köçürdüyü dövlət vəsaitlərindən asılıdır. Reklam və satışdan onların gəliri yoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.