Koronavirusun çarəsi tapıldı? - İngiltərə əczaçılıq şirkəti yeni dərman hazırlayıb

13-03-2021, 23:14           
Koronavirusun çarəsi tapıldı? -
İngiltərə əczaçılıq şirkəti "GlaxoSmithKline" (GSK) koronavirus riski olan xəstələrin ölüm riskini yüzdə 85 faiz azaldan bir dərman hazırladıqlarını açıqlayıb.

Şirkətdən verilən açıqlamaya görə, "VIR-7831" adı verilən dərman Kaliforniyada yerləşən "Vir Biotechnology" ilə ortaq şəkildə hazırlanıb.

Covid-19-a yoluxmuş və xəstəxanaya yerləşdirilməli olan 583 xəstənin iştirak etdiyi testlərdə, monoklonal antikor müalicəsinə əsaslanan dərmanın hələlik yüngül və orta dərəcəli ölüm hallarını 85 faiz azaltdığı müəyyən edilib.

Dərmanın həm virusun sağlam hüceyrələrə girməsinin qarşısını aldığı, həm də yoluxmuş hüceyrələrin təmizlənməsinə kömək etdiyi təyin olunub.

Hal Barron dərmanın xəstələrə faydasından məmnun olduqlarını və ən qısa müddətdə “VIR-7831”-i dünyaya təqdim etmək istədiklərini bildirib.

Onu da qeyd edək ki, son dərəcə ümidverici bir müalicə olaraq görülsə də, istehsalının çox bahalı olması onun geniş istifadəsini məhdudlaşdıra bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru