Yemiş seçərkən bunları nəzərə alın - MƏSLƏHƏT
4-07-2021, 07:30
Ya aylarının ən populyar meyvələrindən olan yemiş seçmək üçün bilməyiniz lazım olan bəzi üsullar var.
Lent.az xarici mediaya istinadla, bəs, “yemiş necə seçilir?” sualına cavab axtaranlar üçün yaxşı yemiş seçməyin qeyri-adi üsullarını təqdim edir.
Bal kimi şirin bir yemiş yeyə bilməyiniz üçün diqqət yetirməli olduğunuz bəzi məqamlar var. Yemişin necə seçiləcəyini düşünənlər üçün ən yaxşı üsullar:
Yemişin qabığı bərkdir?
Bir yemiş alarkən nəzərə alınmalı ilk məqam qabığının sərtliyidir. Yumşaq yemişlər daha şirindir, sərt qabıqlı yemişlər isə tam yetişməmişdir.
Ağırdır?
Yemişin çəkisi boyuna görə çox olmalıdır. Beləliklə, orta ölçülü bir yemiş digərlərindən daha ağırdırsa, bu, şirin olduğunu göstərir.
Dibi yumşaqdır?
Bir yemiş seçərkən dibinə baxmağı unutmayın. Dibi dediyimiz yer yuvarlaq bir çuxurdan ibarətdir. Bir barmaqla yemişin dibinə toxunun. Yumşaqdırsa, içi şirindir.
Səsə görə yemiş seçə bilərsiniz
Yemiş alarkən çox tez-tez istifadə edilən səs metodu üçün, bir əlinizlə yemişi yavaşca vurun. Sakit səslənirsə, şirindir, yüksək səslənirsə, yetişməmiş və içi boşdur.
Xətlər düzdür?
Zolaqlı bir yemiş almağa hazırlaşırsınızsa, üzərindəki xətlər sizə onun haqqında bir az məlumat verəcək. Əgər yemişin üstündə kələ-kötür və hamar cizgilər varsa, bu onun dadlı olduğunu göstərir.
Qoxusu necədir?
Bu üsul qarpız üçün keçərli olmasa da, yemişi ən çox müəyyənləşdirən elementlərindən biridir. Bir yemiş alarkən, qoxusundan əmin olun. Xoş bir qoxusu varsa, bu yemişin şirin olduğunu göstərir.
Sapı asanlıqla çıxır?
Qarpız seçərkən sapın quruluğu həlledici amildir. Yemiş alarkən sapı çəkməyi məsləhət görürük. Sapını çəkəndə asanlıqla qırılırsa, bu, yemişin yetişdiyini göstərir.