İnfeksionist SOS dedi: - “... neçə-neçə xəstə COVID-dən yox, dərmanlardan dünyasın dəyişib”
26-08-2021, 18:30
"Koronavirusa təsir edən konkret antiviral preparat mövcud deyil. Baxmayaraq ki, protokollarda bir sıra dərmanlar yazılıb".
Cebhe.info xəbər verir ki, bu sözləri infeksionist Vüqar Cavadzadə öz "Facebook" sosial hesabında yazıb. Həkim bildirib ki, antiviral dərmanları protokollara yazan adam virusa təsir edən konkret dərmanın olmadığını da yaxşı bilir:
“Bu preparatlar ev şəraitində neçə gəldi yazılır. Hətta həkimin göstərişi olmadan, xəstələr özləri alıb qəbul edirlər. İnsanların sanki beyninə yeriyib ki, bu preparatları alıb qəbul etsələr, sağalacaqlar. İxtisasından asılı olmayaraq bütün həkimlər bu dərmanları necə gəldi təyin edirlər".
İnfeksionist bildirib ki, çox sayda xəstə bu preparatları qəbul etmədən sağalır. Antiviral preparatların olmayan xeyrindən çox, yan təsirləri həddən artıq çoxdur:
"Hələ dünyada sadə herpes virusunu məhv edən dərman preparatı tapılmayıb, qalmışdı ki, karonavirusuna qarşı tapılsın. Bəlkə də zaman gələcək, sübut olunacaq ki, bu antiviral preparatlar koronavirusun müalicəsində düzgün tətbiq edilməyib, neçə -neçə xəstə COVID-dən yox, bu preparatların toksiki təsirindən dünyasın dəyişib".