Veteranlığın verilməsi ilə bağlı sərəncam
28-08-2021, 00:02
Veteranlığın verilməsi ilə bağlı sərəncam
İkinci vətən müharibəsi iştirakçılarına veteranlıq və medalların verilməsi ilə bağlı heç bir məlumat verilmir.
Bir sıra müharibə veteranları bu səbəbdən öz narahatçılıqlarını bildirirlər.
Xalq.Ru ya açıqlamasında bir neçə vətən müharibəsi iştirakçıları bildirir ki, cənab prezidentin sərəncamında medalların siyahısında adları çıxsa da onlar hələ də medallar ilə təltif edilməyiblər. Veteran statusunun verilməsi ilə bağlı isə heç bir məlumat vermirlər. Hara gedirik deyirlər ki komissiya yaradılıb. Bizi narahat edən məsələ də budur ki lazım olan vaxt bir günə hamını yığıb apara bildilər müharibəyə bəs bu gün artıq bu gün sabah bir il tamam olacaq ki hələ də veteranlığı vermirlər deyə vətən müharibəsi iştirakçısı bildirir.
Vətən müharibəsində iştirak etmiş hər bir əsgər onlara verilən dəyəri görmək istəyir və onların medal və veteranlıqla bağlı məsələləri tez zamanda öz həllini tapmasını tələb edirlər.
Xalq.Ru