Protokolu necə ləğv etdirmək olar? — Sürücülərin diqqətinə

27-03-2016, 00:32           

Bəzən sürücülər hansısa qayda pozuntusuna görə barələrində tərtib edilmiş protokolla razılaşmırlar. Onlar özlərini haqlı hesab edirlərsə, onda şikayət və iradlarını qeyd edərək protokolun icraatına xitam verilməsina nail ola bilərlər.

teref.az xezerxeber-ə istinadən xəbər verir ki, əgər sürücü tərtib edilmiş protokolla razı deyilsə, o zaman bu haqda protokolun 1-ci bəndində qeyd aparmalıdırlar. Həmin protokolda “razı deyiləm” ifadəsini yazmaq da kifayətdir.

Bundan sonra protokolun 2-ci bəndində sürücünün razılaşmadığı işə nə zaman baxılacağı haqqında qeyd var. Həmin bəndi oxumaq lazımdır.

Protokolun 3-cü bəndinə imza atmaqla sürücü narazı olduğu işə nə zaman baxılacağı haqqında məlumatlı olduğunu qəbul edir.

4-cü nöqtədə, əgər sürücünin əlavə sübutları, eləcə də videogörüntüləri varsa onlar təqdim edilməlidir.

5-ci nöqtədə sürücü ondan alınmış sənədlərin geri qaytarılmasına imza atmalıdır. Belə ki, sürücü qayda pozuntusu ilə razılaşmasa belə, sənədlər ona qaytarılmalıdır.

Əgər sürücü qayda pozuntusu ilə razıdırsa, onda protokolda cərimə məbləği qeyd edilir. Narazılıq varsa onda həmin qrafa boş saxlanılmalıdır. Orda hansısa məbləğ qeyd edilibsə, protokol etibarsız sayılır. Sürücülər mütləq narazı qaldıqları protokolu özləri ilə götürməlidirlər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.