ABŞ-a köçmək istəyənlərin DİQQƏTİNƏ: “Greencard” qalibləri AÇIQLANIR

7-05-2022, 12:07           
ABŞ-a köçmək istəyənlərin DİQQƏTİNƏ: “Greencard” qalibləri AÇIQLANIR
Bu gün Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən “Greencard” lotereyasının nəticələrini açıqlayacaq.
Teref.az oxu.az-a istinadən xəbər verir ki, cavablar bu gün günortadan başlayaraq elan ediləcək.

Bütün dünya üzrə “Greencard” üçün müraciət edənlər arasında ABŞ-a köçüb yaşamaq və işləmək istəyən Azərbaycan vətəndaşları da az deyil.

Qeyd edək ki, lotereya qalibləri Azərbaycan vətəndaşlığını itirmədən qanuni şəkildə ABŞ-da yaşamaq, işləmək, oxumaq və daimi vizasız rejimdə ölkəyə girib çıxmaq hüququ əldə edirlər.

Lotoreyaya qeydiyyat 6 oktyabr - 9 noyabr 2021-ci il tarixində aparılıb. Proqrama qoşulmaq üçün heç bir ödəniş tələb olunmur və seçim adi lotereya kimi təsadüfi qaydada aparılır.

Xatırladaq ki, iştirakçılar təsdiq nömrəsini ən azı 30 sentyabr 2023-cü ilə qədər saxlamalıdırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.