“Anası erməni olan nazirlərimiz, nazir müavinlərimiz var”

11-05-2016, 18:16           
“Anası erməni olan nazirlərimiz, nazir müavinlərimiz var”
MMP sədri Hafiz Hacıyevin əvvəlcə erməni qadınlardan övladlarının olduğunu deyəndən sonra Ermənistandakı Atom Elektrik Stansiyasını, metro stansiyalarını partladacağı barədə söylədiyi fikirlər ölkədə ajiotaj yaradıb. Onun bu çıxışları Ermənistan və Rusiya mətbuatında Azərbaycana qarşı anti-təbliğat vasitəsinə çevrilib. Bu üzdən Azərbaycanda da bəziləri hesab edir ki, Hafiz Hacıyev bu çıxışı ilə Azərbaycanın imicinə ziyan vurur. Həmçinin Hafiz Hacıyevi məhkəmə ilə də hədələyənlər və beynəlxalq terrorçu elan edənlər də var.

Bu çıxışlarından sonra həyatının təhlükədə olduğunu vurğulayan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüb.

“Bilirsiniz, istəyirlər məni “beynəlxalq terrorçu” etsinlər, mən vətənimə bağlı insanam. Əldə etdiyim məlumata görə, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı mənim barədə nələrsə deyib, mənim Azərbaycana hansısa zərbə vurduğum qənaətindədilər. Onlar öncəliklə gedib saçlarını uzadıb, azərbaycanlı qadın sifətinə düşsünlər. Onlar ermənilərə xidmət edən insanlardılar. Necə olur ki, Ermənistan Azərbaycanı atom bombası ilə hədələyəndə onları terrorist elan etmirlər, amma Hafiz Hacıyev “istənilən an Ermənistandakı Atom Elektrik Stansiyasını, metro stansiyalarını partlada bilərik” deyəndə terrorçu elan olunur. Mən indi də o fikirlərimin üstündə dururam. Mən millətini sevən bir insanam.

Hakimiyyətimizdə anası erməni olan nazirlərimiz, nazir müavinlərimiz, Rusiyadan orden alan insanlarımız var. Onlar əlbəttə, Hafiz Hacıyevin dediklərini deyə bilməzlər. Məni 18-20 yaşlı balalarımızın erməni gülləsinin qabağında ölməsi düşündürür. Bu gün Ermənistan qadağan olunmuş silahlardan istifadə edir. Bəs onda bizim hörmətli hüquq müdafiəçilərimiz niyə bu məsələni önə çəkmirlər? Niyə demirlər ki, gəlin Hafiz Hacıyevə kömək edək, ermənilərin bu hərəkətini dünyada yayaq?! Ona görə də kimlərin nə deməsindən asılı olmayaraq, mən millətimin uğrunda vuruşuram. Biz bu cür tərbiyə almışıq. Bizi hakimiyyətin içində olan ermənilərlə qohumluğu olan bəzi quldurlarla bir sıraya qoymasınlar. Biz vətən uğrunda mübarizə aparan insanlarıq.

Necə olur ki, Ermənistanın müdafiə naziri Azərbaycanın işğal olunan ərazilərində istənilən an nüvə silahlarından istifadə edə biləcəklərini deyəndə onları terrorçu adlandırmırlar, amma məni “beynəlxalq terrorçu” elan etmək istəyirlər. Mən millətim üçün terrorist də ola bilərəm, ölümə də gedə bilərəm. Bu gün Azərbaycanın harınlamış məmurları və məmur balaları ermənilərlə barda keyfdə olanda onlar “terrorist” olmur? Bu gün bir varlının balası sərhəd bölgəsinə getmir və gedə də bilməz. Onların günü xarici ölkələrdə keçir, orada gizlənirlər.Bunları gündəmə gətirmək lazımdır. Yoxsa ki, Mirvari Qəhrəmanlının məhkəməyə müraciət oluna bilər sözüylə bəlkə erməniləri hakimiyyətə gətirsinlər? Mən Dağlıq Qarabağın azad olunması yolunda ölümə də gedə bilərəm. İki əmim oğulları Milli Qəhrəmandır, üçüncü də mən olaram.

Niyə bu gün Azərbaycanən Dağlıq Qarabağ münaqişəsini həll edə bilmirik? Ona görə ki, hakimiyyətdə oturanların çoxu bu məsələyə razılıq verə bilmir. Çünki quyruqları rusların əllərindədir. Bir qisminin də qohumları ermənilərdir. Məni kim məhkəməyə verirsə, versin. Biz də əlimizdə olanları ortaya qoyarıq.

Mən yenə də deyirəm, əgər Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edə bilmədiyimizi görsək, Ermənistanda saxladığımız balalarımızı “terrorist” kimi yetişdirib, Ermənistanda Atom Elektrik Stansiyasını da partladacağıq, partizan müharibələrinə başlayacağıq. Hüquq müdafiəçiləri narahat olmasın. Hafiz Hacıyev bu yolu gedirsə, onu türmədə, ölümdə gözləyir və ölümə getməyi bacaran insandır. Bizim apardığımız ideoloji müharibə hədəfinə çatıb”.(pia.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.