Dünyanın ən xoşbəxt ölkəsi AÇIQLANDI – Bəs bədbəxtlər hansılardır?

21-03-2023, 00:11           
Dünyanın ən xoşbəxt ölkəsi AÇIQLANDI –
Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən hazırlanan “Dünya xoşbəxtlik hesabatı”na (World Happiness Report) əsasən Finlandiya ardıcıl altıncı dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib.

KONKRET.az “Kommersant“a istinadən xəbər verir ki, “Dünya Xoşbəxtlik Hesabatı” hazırlanarkən altı əsas amil (sağlamlıq, sosial dəstək, azadlıq səviyyəsi, səxavət və korrupsiyanın olmaması) nəzərə alınır.

Bildirilib ki, 2023-cü il reytinqinin nəticələrinə görə, Finlandiya əhəmiyyətli irəliləyişlə yenidən birinci yeri tutub.

Məlumata görə, dünyanın ən xoşbəxt üç ölkəsi dəyişməz qalıb, iki və üçüncü yerdə Danimarka və İslandiya qərarlaşıb. İsrail doqquzuncu yerdən dördüncü yerə yüksəlib.

Belə ki, liderlər arasında Niderland, İsveç, Norveç, İsveçrə, Lüksemburq və Yeni Zelandiya da var. Rusiya reytinqdə 70-ci, Ukrayna isə 93-cü yerdə qərarlaşıb.

Əfqanıstan və Livan isə dünyanın ən bədbəxt ölkələri kimi tanınıb. Onlar müvafiq olaraq 137 və 136-cı yerləri tutublar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.