Məşhur fransız biatlonçu dələduzluqda ittiham olunur

6-07-2023, 13:04           
Məşhur fransız biatlonçu dələduzluqda ittiham olunur
Böyük büllur qlobusun sahibi, fransız biatlonçusu Juliya Simon kredit kartı fırıldaqçılığı ilə bağlı iki iddia üzrə ittiham olunur.

Məlumata görə, hadisə 2022-ci ildə “Blinkfestivalen” xizək-roller festivalında baş verib. Simon 1000-2000 avroluq onlayn alış-verişlərini ödəmək üçün fransız komanda yoldaşı Justin Breza-Boşenin kredit kartından istifadə edib.

Qışda Breza-Buşe Fransa Xizək Federasiyasına müraciət etsə də, onlar tərəfindən heç bir tədbir görülməyib. İndi isə idmançı Simondan rəsmi şikayət edib.

Bu hadisə Simonun yeni mövsümə hazırlıqda iştirak etməməsinə səbəb olub. İdmançının özü isə ittihamları rədd edir.
Qeyd edək ki, Simon ikiqat dünya çempionudur. Bundan əlavə, biatlonçu 2022-ci ildə Pekin Olimpiadasında qarışıq estafetdə gümüş medal qazanıb.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru