Nazir müavini dərman qıtlığının səbəblərini AÇIQLADI

6-07-2023, 14:54           
Nazir müavini dərman qıtlığının səbəblərini AÇIQLADI
“Ölkəmizdə dərman qıtlğının iki səbəbi var”.

Bunu “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib.

“Beynəlxalq dərman bazarında qeyri-sabitlik nümayiş olunur. Buna səbəb geosiyasi məsələlər, pamdemiya, Rusiya-Ukrayna müharibəsi, enerji daşıyıclılarının qiymətinin artması, xammal qıtlığı digər sahələrə olduğu kimi dərman istehsalına da təsir ediblər. Nəticədə nə baş verdi? Bəzi dərman istehsalçıları sifarişlərdən imtina etməsi nəticəsində təchizat zənciri qırıldı. Ölkəmizin dərman idxalçıları görüşmüşük. Onlar etibarlı təchizat zəncirini təmin edəcəklər”, -deyə nazir müavini bildirib.

O qeyd edib ki, dərmanların qeydiyyat prosesi ilə bağlı sənədləşmənin sadələşməsi də dərman qıtlığı ilə bağlı problemin qarşısını alacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru