İsti havalar zamanı bunlardan uzaq durun

8-07-2023, 11:54           
İsti havalar zamanı bunlardan uzaq durun
ABŞ-də aparılan elmi araşdırmalar nəticəsində isti havalarda tünd rəngli paltarlardan və yağlı yeməklərdən uzaq durulmasının vacibliyi ortaya çıxıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmada risk qrupunda olan insanların saat 10-16 arası çölə çıxmaması da daha məqsədəuyğun hesab edilib.

Həmçinin, vətəndaşlarının sintetik və neylon tipli paltarlardan uzaq durmaları da tövsiyə olunub.

Bildirilib ki, ürək, böyrək və diabet kimi xroniki xəstəlikləri olan bütün xəstələr və hamilə qadınlar isti havalar zamanı risk altındadır. Onlara günortadan sonraya qədər günəşdən uzaq qalmaları tövsiyə edilib.

Qeyd edək ki, bir çox ölkələrdə son günlər artan istilər ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru