1-ci Qarabağ savaşında Qırmızı Xaç cəllad rolunda... FOTO

12-07-2023, 09:14           
1-ci Qarabağ savaşında Qırmızı Xaç cəllad rolunda... FOTO
Teref.az bu ürək dağlayan məktubu oxuculara təqdim edir. Əslində bu gün itkin sayılan soydaşlarımızın böyük əksəriyyət əsirlikdə məhv edilib. Zamanla onlarında sübutları üzə çıxacaq. Teref.az olaraq Erməni əsirliyində olan Novruzov Laçın Əhməd oğlunun ailəsinə yazdığı məktubu təqdim edirik:
“Ana-ata, məni Ermənistandan çıxart! Yaşamaq istəyirəm!” və ya BQXK haqqında bilməli olduğunuz hər şey
Erməni əsirliyində olan Novruzov Laçın Əhməd oğlunun 1994-cü il fevralın 10-da yaxınlarına yazdığı məktub:
“Salam, ata-ana. Mən Ermənistanın Edilli kəndində Novruzov Laçın. Sənə qurban olum, gəlin məni qurtarın! Sənə yalvarıram. Ana, bunu yazan Laçındır. Nətər olursa olsun, qurtarın. Novruzov Laçın. Ana, Rəna məni qurtarın buradan, yaşamaq istəyirəm tez qurtarın gözləyirəm sizi. Laçın. Sağ olun!"

Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin möhürü olan məktubu faktiki olaraq BQXK Laçın ailəsinə təhvil verib. Lakin o, evə qayıtmayıb. Əsirlikdə öldürüldü.
BQXÇ zamanında, Azərbaycanlə əsirlər üçün heç bir addım atmamışdı. Gənc oğullarımız, qızlarımız erməni-rus təcavüzü nəticəsində əsir düşmüş və sonrakı talelərindən xəbər alınmamışdır. Vaxtilə əsir düşmüş azərbaycanlılar üçün barmağını tərpətməyən BQXC, indi ermənilər üçün siqaret və benzin qaçaqmalçılığı edir...













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.