“Vnukovo”nun rəhbərinə xəbərdarlıq olundu – “Bahalaşmanı təşviq edir”
14-07-2023, 08:58

Rusiyanın Federal Antiinhisar Xidməti (FAS) Telegram kanalında “Vnukovo” hava limanının həmsahibi və Direktorlar Şurasının sədri Vitali Vantsevə xəbərdarlıq etdiyini bildirib.
“AzPolitika.info” “Gazeta.ru”ya istinadla xəbər verir ki, Vantsevin beynəlxalq reyslər üçün aviabiletlərin 40% bahalaşa biləcəyilə bağlı bəyanatı FAS tərəfindən bahalaşmanın təşviqi kimi qiymətləndirilib.
“FAS aviabiletlərin bahalaşması ilə bağlı ictimai bəyanatla əlaqədar xəbərdarlıq edib. 13 iyul 2023-cü il tarixində bir sıra KİV-lər “Azimut” Hava Yolları ASC-nin həmsahibi, “Vnukovo Beynəlxalq Hava Limanı” ASC-nin həmsahibi və Direktorlar Şurasının sədrinin aviabiletlərin qiymətlərində artım proqnozu ilə bağlı bəyanatına istinad edib. Bu cür bəyanatlar şirkətlər tərəfindən qiymət artımı üçün hərəkətə keçmək üçün stimul kimi qəbul oluna bilər”, - deyə məlumatda bildirilir.
Ətraflı
Bundan əvvəl Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini İqor Çalik bildirib ki, Rusiyada aviabiletlərin qiymətlərinin 40%-ə qədər artırılması ilə bağlı proqnozlar əsassızdır.
Vantsev RBC-yə müsahibəsində bildirib ki, bu il ölkədaxili uçuşlar üçün aviabiletlərin qiymətləri 15-20% arta bilər, beynəlxalq reyslər isə öz növbəsində 40% bahalaşacaq.