“Vaqner” artıq Ukraynadakı döyüşlərdə iştirak etmir - PENTAQON

14-07-2023, 09:21           
“Vaqner” artıq Ukraynadakı döyüşlərdə iştirak etmir - PENTAQON
“Vaqner” özəl hərbi şirkətinin bölmələri Ukrayna ərazisində fəaliyyətini dayandırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder deyib.

“İndiki mərhələdə biz “Vaqner” qüvvələrinin Ukraynada hərbi əməliyyatlara dəstək verməkdə əhəmiyyətli rol oynadığını görmürük”, - o deyib.

Həmçinin qeyd olunub ki, Rusiyanın Müdafiə Nazirliyi iyulun 12-də “Vaqner”çilərin Rusiyanın nizami silahlı qüvvələrinə silah təhvil verilməsini başa çatdırdığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru