Balasanyanı təkcə həbs etməyiblər, həm də... - Ermənistan KİV
14-07-2023, 09:49

Xəbər verildiyi kimi, dünən – iyulun 13-də Azərbaycan Respublikası Xocalı rayonunun Əsgəran şəhərində erməni general Vitali Balasanyan, oğlu və əmisi oğlu öz evində separatçı-terrorçu rejimin qanunsuz “hüquq-mühafizə orqanları” tərəfindən saxlanılıb. Evdə axtarış aparıldıqdan sonra onlar xüsusi xidmət orqanlarına aparılıb.
TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, “Hraparak” nəşrinin gecə saatlarında yaydığı məlumata görə, general Balasanyan saxlanılan zaman zorakılığa məruz qalıb.
Bu haqda onun vəkili- “artsaxın vəkillər palatası”nın üzvü Rafael Martirosyan məlumat paylaşıb.
“İctimaiyyətə bildirirəm ki, Artsax qəhrəmanı Vitali Mixail Balasanyanın hüquq və qanuni mənafelərinin müdafiəsini öz üzərimə götürmüşəm. Vitali Balasanyan həbs edilib. Bədənində çoxlu xəsarətlər var”- deyə erməni terrorçu generalın vəkili bildirir.
TEREF.AZ musavat.com-a istinadla xatırladır ki, Qarabağ canilərindən biri olan Vitali Balasanyan 1988-ci ildə Əsgərənda erməni “özünümüdafiə” dəstələrindən birinə rəhbərlik edib. 1990-cı ildə keçmiş Əsgəran rayonunun “özünümüdafiə qüvvələrinin komandiri” təyin olunub. 1996-1998-ci illərdə diviziya komandiri, 1998-1999-cu illərdə tanınmayan qondarma qurumun “müdafiə ordusu”nun komandirinin müavini, 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə terrorçu rejimin “müdafiə nazirinin müavini” olub. 2000-2005-ci illərdə "arsax müharibəsi veteranları birliyi" adlı ictimai təşkilata rəhbərlik edib.
2000-ci ildə general-mayor rütbəsi alıb. Əsgərandan kənarda da bir sıra hərbi əməliyyatlarda iştirak edib, o cümlədən Ağdam döyüşü, Horadiz əməliyyatı və sair. 2002-ci ildə azərbaycanlılara qarşı cinayətlərinə görə “arsax qəhrəmanı" adını alıb. Son aylar Balasanyanla qondarma qurumun rəhbərliyi arasında dərin çatlar yaranmışdı. Xüsusilə də Balasanyanın Azərbaycanın tələblərinə əməl edib, silahı yerə qoymağa meyilli olması terrorçu rejimi narazı salmışdı. Onun məhz Xankəndidə mitinq təyin olunmasından sonra qandallanması da diqqət çəkir.