TikTok-da ölümlə nəticələnən trend xəbərləri ilə bağlı - AÇIQLAMA

14-07-2023, 15:38           
TikTok-da ölümlə nəticələnən trend xəbərləri ilə bağlı - AÇIQLAMA
Alabama ştatının xilasetmə qrupunun rəhbəri, ştatda TikTok "challenge”i səbəbindən qayıqdan tullanaraq ölüm hadisəsi olmadığını bildirib.

Childersburq Xilasetmə Qrupunun kapitanı Cim Dennis qeyd edib ki, son altı ayda qayıqla gəzinti təhlükəsizliyinin pozulması səbəbindən dörd ölüm faktı ilə bağlı verilən açıqlamalar kontekstdən çıxarılaraq təhrif olunub.

"Son altı-səkkiz ay ərzində dörd boğulma hadisəsi yaşadıq (Çaydersburq Xilasetmə Qrupunun qarşılaşdığı) və onlardan bəziləri sadəcə boğulma idi" , - deyə Cim Dennis vurğulayıb.

Alabama Hüquq-Mühafizə Agentliyi yaydığı bəyanatda da ölüm hadisələrinin TikTok-la əlaqəsinin olmadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru