Müəmmalı ölüm! 29 yaşlı gənci ayaq masajı salonunda çılpaq meyitini tapdılar - FOTO

15-07-2023, 10:04           
Müəmmalı ölüm! 29 yaşlı gənci ayaq masajı salonunda çılpaq meyitini tapdılar - FOTO
Çinin mərkəzi Hubei əyalətinin Uhan şəhərindəki ayaq masajı salonunda yalnız Yan kimi tanınan 29 yaşlı kişi müəmmalı şəkildə ölüb. Zala daxil olduqdan 17 saat sonra çılpaq və cansız vəziyyətdə tapılan Yanın atası oğlunun ölümünün araşdırılmasını istəyib.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, Yanın atası hadisəni araşdırması üçün səlahiyyətlilərə müraciət edib.

Öldürülən gənc sonuncu dəfə ölümündən əvvəl masaj salonuna tək baş çəkdiyi, Tay masajı üçün 329 Yuan (təxminən 1196 TL) ödədiyi və cəsədinin masaj salonuna girdikdən 17 saat sonra tapıldığı bildirilib.

Məlumata görə, ölümün araşdırılmasını istəyən Yanın atası “Oğlum tam sağlam idi. 29 yaşında həyatının ən çılğın çağında idi, heç bir xəstəliyi, pis vərdişləri yox idi. O, səhər zala daxil olub, axşam lüt halda dünyasını dəyişib. Hesab edirəm ki, bu zal fahişəxanadır, gizli şəkildə seks xidməti göstərir və heç bir tibbi yardım görmür” deyə qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.