Pəhrizlə arıqlayanlara xəbərdarlıq: Qaraciyər eksperimentləri sevmir

16-07-2023, 11:47           
Pəhrizlə arıqlayanlara xəbərdarlıq: Qaraciyər eksperimentləri sevmir
Mütəxəssislər vahid pəhrizin orqanlara, xüsusən də qaraciyərə zərər verdiyini açıqlayıblar.
BAKI, 16 iyul - Sputnik. Türkiyəli qastroenteroloqlar arıqlamaq üçün ancaq meyvə pəhrizinin təsirli olmayacağını, bunun orqanizmə yan təsirlərinin ola biləcəyini açıqlayıblar.
Qaraciyər çatışmazlığı ilə gündəmə gələn və ciyər transplantasiyası etdirməli olan türk aktyor Ufuk Özkan roluna görə arıqlamaq istəyərkən ancaq meyvə yeyib. 2011-ci ildə xərçəngdən dünyasını dəyişən "Apple" şirkətinin icraçı direktoru Stiv Cobsun da xəstəliyə mübtəla olduğu son illərdə yalnız meyvə yediyi bildirilir. Daha sonra Cobsun həyatını oynamağa hazırlanan Eşton Katçerin də uzun müddət meyvə yediyi, sonra isə pankreatitdən əziyyət çəkdiyi mediada əksini tapıb. Heç mütəxəsislər də vahid pəhriz və yalnız meyvə yeməyin düzgün qidalanma üsulu olmadığını bəyan ediblər.
Türkiyəli qastroenterologiya mütəxəssisi, Prof. Dr. Kadir Demir deyib ki, vahid pəhriz yoğun bağırsaqda mikrobiota adlanan faydalı bakteriyaların tarazlığını pozur və immunitetimizi aşağı salır.
"Bu, xüsusilə qaraciyərdə piylənməyə səbəb ola bilər. Qarğıdalı siropu adlandırdığımız süni dadlandırıcının tərkibində fruktoza var. Bu, qaraciyərdə piylənməyə meyli artırır, serroz və qaraciyər xərçənginə yol açır. Təbii ki, qaraciyərin piylənməsinin yeganə səbəbi bu deyil. Tək meyvə istehlakı qaraciyər serrozuna səbəb olmur. Şübhəsiz ki, bunun altında başqa səbəblər də var. Hepatit B, hepatit C, metabolik xəstəliklər, diabet, alkoqol, piylənmə kimi faktorlar da qaraciyərin sıradan çıxmasına səbəb ola bilər" - deyə mütəxəssis xəbərdarlıq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru