Həftədə nə qədər idman etmək faydalıdır? Kardioloqdan qızıl tövsiyə

16-07-2023, 13:34           
Həftədə nə qədər idman etmək faydalıdır?
Kardioloq yaşından asılı olmayaraq hamıya həftədə təxminən 150-300 dəqiqə aerobik məşq etməyi məsləhət görür.
Rusiyalı tibb elmləri namizədi, kardioloq Vyaçeslav Koliyev həftəlik idmanın optimal miqdarını açıqlayıb. Həkim yaşından asılı olmayaraq hamıya həftədə təxminən 150-300 dəqiqə aerobik məşq etməyi məsləhət görür. Koliyev bildirib ki, əgər söhbət gərgin idmandan gedirsə, o zaman məşqlərin müddəti gündə 15-30 dəqiqə və ya yarım saatdan bir saata qədər orta fiziki fəaliyyətlə aparılmalıdır.
Mütəxəssis əlavə edib ki, məşqin maksimum icazə verilən intensivliyi ürək döyüntüsünün nə qədər yüksəlməsi ilə müəyyən edilir.
Travmatoloq-ortoped Konstantin Sergeyev isə daim bir əzələ qrupunu işlətməyin təhlükəsini aşkar edib. O, bunun orqanizmdə tarazlığın pozulmasına və sağlamlıq problemlərinə səbəb olacağını bildirib.
sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru