Rusiya ordusunu mayoru olan məşhur idmançı Avropada dəbdəbəli malikənədə gizlənir - KİV
16-07-2023, 14:24

Tenerife adasında nəşr olunan "El Digital Sur" qəzeti şüvüllə tullanma üzrə üçqat dünya və ikiqat olimpiya çempionu Yelena İsinbayevanın İspaniyaya köçdüyü və hazırda daimi olaraq bu adada yaşadığını yazıb.
Qaynarinfo xəbər verir ki, Rusiya Silahlı Qüvvələrində mayor rütbəsi daşıyan olan məşhur idmançının Avropa ictimaiyyətindən Tenerifedə gizləndiyi iddia edilir.
"El Digital Sur" iddia edir ki, idmançının özü yeni yaşayış yerini reklam etməməyə çalışsa da, onun yerinin aşkarlamaq mümkün olub. İsinbayeva əvvəllər ailəsi ilə birlikdə Monakoda yaşayıb, lakin nəşr onun İspaniyada çəkilmiş fotolarını dərc edib.
Nəşrin materialında İsinbayevanın siyasi və vətənpərvər mövqeyi, onun Vahid Rusiya partiyasının üzvü olması və RF Silahlı Qüvvələrinin mayoru rütbəsində qalması vurğulanır.
Hazırda Avropa Şurasına sədrlik edən İspaniya hökumətinin başçısı Pedro Sançezin "Ukraynanı müdafiə etməyə davam edəcəyinə” söz verməsinə baxmayaraq, onun yəqin ki, "Rusiya ordusu ilə əlaqə saxladığı və Ukraynadakı müharibəni dəstəklədiyi" vurğulanır.
"Yelena İsinbayeva dayaqla tullanmada 28 dünya rekordunun sahibi, iki dəfə Olimpiya çempionu, qapalı məkanda dirəklə tullanma üzrə dördqat dünya çempionudur. Lakin o, bütün dünyada görkəmli idmançı kimi tanınmaqla yanaşı, Rusiya siyasətində hərbi iştirakına görə tanınıb", deyə "El Digital Sur" yazır.
Onun adada dəbdəbəli malikənədə yaşadığı da məlumdur. Hazırda o, çox sakit həyat sürür.
Qeyd edək ki, iyun ayında İsinbayeva RF Silahlı Qüvvələrində iştiraka görə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təhqiqatında cəlb edilib.
İsinbayeva 2016-cı ildən BOK-un Atletlər Komissiyasının üzvüdür.