Alim pizzanın dəhşətli nəticələrindən danışdı

16-07-2023, 19:15           
Alim pizzanın dəhşətli nəticələrindən danışdı
Xarici ekspertlər hesab edirlər ki, pizza və digər yeməklərin tərkibində onkoloji riski artıran kanserogenlər ola bilər. Zərərli maddələr qablaşdırma ilə təmasdan sonra qidaya daxil olmaq təhlükəsi yaradır.

Publika.az xəbər verir ki, bu barədə Enerji və Ekoloji Təhlükəsizlik İttifaqının rəhbəri Natalya Sokolova Vm.ru-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, məsələn, karton yağla doyduğu üçün pizza qutuları təkrar emal olunmur. Buna görə istehsalçılar qablaşdırmanı - birdəfəlik pizza qutularını suya və yağa davamlı etmək üçün müxtəlif yollar təklif edirlər.

"Onlar poliftoralkil və kimyəvi maddələrlə emal olunur. Bunlara 9000-ə yaxın kimyəvi maddə daxildir, onlardan ən məşhurları GenX, PFBS, PFOA, PFOS-dur", - ekspert izah edib.

Ekoloq qeyd edib ki, vəziyyət paradoksaldır, həyatı özləri üçün asanlaşdırmaq istəyi ilə insanlar acınacaqlı nəticələr barədə düşünmürlər. PFAS 1940-cı illərdən məlumdur və o dövrdə alimlər və ekoloqlar bu maddələrin ətraf mühitə yayılma qabiliyyətini və toksikliyini qabaqcadan görə bilmirdilər. Bu problem yalnız 21-ci əsrin əvvəllərində bəlli oldu. İndi söhbət havanın, torpağın və içməli suyun irimiqyaslı çirklənməsinin ciddi problemlərindən gedir. PFAS hətta Arktikanın buzlarında, həmçinin insan bədənində olur.

Sokolova əlavə edib ki, indiyədək bu birləşmələrin insanlara təsiri yaxşı öyrənilməyib və bu, uzunmüddətli proqnozlar verməyə imkan vermir. Məlumdur ki, insan orqanizmində yığılaraq insanın immunitetini azalda və onu COVİD-19 kimi virusların hücumlarına qarşı daha həssas edə, həmçinin aşağıdakı xəstəliklərə yol aça bilər.

tiroid xəstəliyi;
qaraciyər xəstəliyi;
böyrək xəstəliyi;
sonsuzluq;
onkologiya;
Alzheimer xəstəliyi.

Alim bildirib ki, Rusiya PFAS-dan istifadəni qadağan etməyi planlaşdırır. Ancaq bu asan prosedur olmayacaq, çünki bu maddələr demək olar ki, hər hansı bir qida qablaşdırmasında var. Lakin rus alimləri artıq insanlara və ətraf mühitə zərərsiz alternativ tapıblar. Onlar tərkibində sintetik komponentlər olmayan, bioloji parçalana bilən və ekoloji cəhətdən təmiz plyonka materialı yaratmağa müvəffəq olublar və o, məhsulları daha uzun müddət saxlaya bilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.