"Vaqner qrupu" karvanı Belarusa gəlib: - onlar nə ilə məşğul olacaq və Putinin fikri nədir?..

17-07-2023, 21:45           
"Vaqner qrupu" karvanı Belarusa gəlib: -
Belarus Müdafiə Nazirliyi və "Vaqner qrupu" özəl hərbi şirkətin rəhbərliyi gələcəkdə Silahlı Qüvvələr və muzdluların birgə hazırlıq sistemi məsələsi üzrə yaxın perspektiv üçün "yol xəritəsi" işləyib hazırlayıb.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi bəyan edib. Məlumatı "focus.ua" nəşri yayıb.

Məlumatda deyilir ki, söhbət "müxtəlif növ qoşunların bölmələri arasında təcrübə mübadiləsindən" gedir, nazirlik bəyan edib.

Bu arada isə "Belarusski qayun" monitorinq qrupu iddia edir ki, iyulun 15-nə keçən gecə Moqilyov vilayətinin şərqində "Vaqner qrupu"nun böyük karvanı Kriçev rayonunda Rusiyadan Belarusa daxil olub.

Müşahidəçilərin fərziyyəsinə görə, üzdəniraq "DXR" və "LXR" saxta qurumlarının nömrə nişanları olan minik və yük avtomobilləri görünüb.

"Vaqnerçilər"in marşrutu göstərir ki, karvan Moqilyov vilayətində Tsel kəndindəki çadır düşərgəsinə doğru istiqamət alıb, müşahidəçilər hesab edir.

Onların məlumatına görə, Belarus DAM-ın müşahidə etdiyi karvanda ən azı 60 avtomobil, o cümlədən "UAZ-Patriot" pikapları, 10 yük maşını, UAZ mikroavtobusu və 3 avtobus olub.

Bu gün rusiyalı hərbi-siyasi icmalçısı Yuri Podolyak məlumat verib ki, "Vaqner qrupu" özəl hərbi şirkəti "Belarus Respublikasının ərazisində İttifaq Dövlətinin regional qruplaşmasına əlavə" olacaq. Onun məlumatına görə, "vaqnerçilər' Rusiya Müdafiə Nazirliyinin büdcəsindən maliyyələşəcək.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenkonun fikrincə, böyük ehtimalla, özəl hərbi hissənin qalıqları Belarus ərazisində "sürgün edilmiş" vəziyyətdə olacaq. Geraşşenko güman edir ki, Putin bu yolla vaxtı uzadaraq Priqojinin qüvvələrinin zəifləməsini gözləyir.

"Axı, indi muzdlulara yüz milyonlarla dollar ödəməyə kimsə yoxdur, bu da istər-istəməz münaqişələrə və özəl hərbi şirkətin sıralarını tərk etmək istəyinə gətirib çıxaracaq", - o, qeyd edib.

"Digər tərəfdən, əgər Putin Priqojini bağışlamaq və yenidən özəl hərbi şirkəti Ukraynaya qarşı yönəltmək qərarına gəlsə, o, Priqojinin hansısa şərtlərini icra edərək, onları yenidən bizim əleyhimizə döyüşə ata bilər.

Lakin bu, Belarus ərazisindən çətin ki, baş versin, çünki ərazinin meşəlik-bataqlıq olması səbəbindən bu, hücum üçün ən uyğun olmayan meydandır", - ukraynalı siyasətçi əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.