Avstraliyada çimərlikdə naməlum obyekt tapılıb - FOTO/VİDEO

18-07-2023, 14:04           
Avstraliyada çimərlikdə naməlum obyekt tapılıb - FOTO/VİDEO
Avstraliya hakimiyyəti qitənin qərb hissəsində okean sahilində tapılan müəmmalı cismin nə olduğunu müəyyənləşdirməyə çalışır.

Qərbi Avstraliya Dövlət Polisinin (WAPF) məlumatına görə, obyekt insanlar üçün təhlükəli hesab edilir və ona yaxınlaşmaq qadağandır.

“Qərbi Avstraliya polisi çimərlikdə tapılan naməlum əşyanın mənşəyini araşdırır. Biz onun mənşəyini və təbiətini müəyyən etmək üçün müxtəlif dövlət və federal qurumlarla fəal əməkdaşlıq edirik”, - agentliyin açıqlamasında deyilir.

Qeyd edək ki, paslanmış və balıqqulaqları ilə örtülmüş iki metrlik metal silindri Avstraliya qitəsinin qərb sahilində, Pertdən 240 km şimalda yerləşən Qrin-Hed kəndinin sakinləri aşkar edib.


Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru