Asteroidlər dünyanı dəyişdirəcək: Alim deyir ki...

18-07-2023, 13:44           
Asteroidlər dünyanı dəyişdirəcək: Alim deyir ki...
Asteroidlər Yerə yeni həyat formaları gətirə bilər.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun (IPA) baş elmi işçisi Nikolay Jeleznov asteroidlərin molekulyar birləşmələrin də daşıyıcısı ola bildiyini və sonradan yeni həyat formaları yaranmasının mümkün olduğunu bildirib.

“Əlbəttə, heç nəyi inkar etmək olmaz”, - deyə Jeleznov müvafiq suala cavab verib. O qeyd edib ki, indiyədək asteroidlərin köməyi ilə ən azı birhüceyrəli həyatın yaranmasına dair 100% təsdiq yoxdur.

Buna baxmayaraq, onun sözlərinə görə, meteoritlərin bir çox fraqmentlərində həyat izləri yox, onun "kərpicləri" - amin turşuları tapılıb. Bu, asteroidlərdə mürəkkəb molekulyar birləşmələrin mövcud ola biləcəyini düşünməyə əsas verir.

Jeleznov xatırladıb ki, Yer üzündə həyatın yaranması ilə bağlı fərziyyələrdən biri suyun bizə kometlər tərəfindən gətirildiyini nəzərdə tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru