Yoxa çıxan rus generaldan XƏBƏR VAR

18-07-2023, 15:08           
Yoxa çıxan rus generaldan XƏBƏR VAR
Rusiyanın 58-ci ordusunun komandiri vəzifəsindən uzaqlaşdırılan rus generalı İvan Popov Suriyadakı rus qruplaşmasına sürgünə göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “İnsayder” yayıb.

Mənbə yazır ki, bundan əvvəl Hava-Desant Qüvvələrinin keçmiş komandanı, 2022-ci ilin fevral-mart aylarında Kiyevə hücumdakı uğursuzluğa görə məsuliyyət daşıyan Andrey Serdyukov da Suriyaya göndərilib.

Həmçinin 7-ci Hava Hücum Diviziyasının komandiri, general-mayor Aleksandr Kornevin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılıb. 90-cı Tank Diviziyasının komandiri Ramil İbatullin və onun müavinlərinin saxlanıldığı da bildirilir.

Qeyd edək ki, Rusiyanın 58-ci ordusunun komandiri vəzifəsindən uzaqlaşdırılan rus general İvan Popovun həyat yoldaşı günlər öncə ərinin qəfil yoxa çıxdığını bildirmişdi.

İddia edilir ki, İvan Popov ordudakı problemləri Rusiya lideri Putinə məruzə etməyə hazırlaşdığı üçün Baş Qərargah rəisi Gerasimov tərəfindən vəzifəsindən çıxarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru