Xaçmaz sakinindən İDDİA:

18-07-2023, 18:14           
Xaçmaz sakinindən İDDİA:
Xaçmaz rayonu Laman kənd sakinləri selin onları qazsız qoyacağından narahatdırlar.

Bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Vətəndaş iddia edir ki, Xaçmaz rayonu Laman kəndində qaz xətləri Qaraçay çayının yatağının altından keçməsindən narahatdırlar:

“O vaxt kənd camaatı burada iş görənlərə dedi ki, çay yatağının altından qaz, su xətləri keçməz. Amma bizə qulaq asmadılar, çəkdilər. İndi sel gəlib, baxın. Podratçıların gördükləri işə baxın. Qaz ilə su xətti birlikdə çayın içərisindən keçir. İndi xətti zədələsə, camaat 10-15 gün qazsız qalacaq. Xahiş edirik, bu məsələ ilə bağlı ciddi tədbirlər görülsün. Kənd selin altında qalıb, amma heç bir dövlət qurumu bu Laman kəndinə də, camaatına da baxmır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru