Separatçıların dünən Əsgəran-Ağdam yolundakı təxribatının videosu yayıldı

19-07-2023, 14:25           
Separatçıların dünən Əsgəran-Ağdam yolundakı təxribatının videosu yayıldı
Separatçıların dünən Əsgəran-Ağdam yolundakı təxribatının
Xəbər verildiyi kimi, dünən – iyulun 18-i saat 14:45-də Azərbaycan Respublikası Xocalı rayonunun müvəqqəti(!) olaraq Rusiyanın nəzarətində və separatçı-terrorçu rejimin idarəçiliyində qalan Əsgəran qəsəbəsindəki hayklar “artsaxın təhlükəsizlik və inkişaf cəbhəsi” üzvlərinin təşkilatçılığıyla Ağdam yolundakı “Qələbə tankı” üzdəniraq abidə kompleksinə yürüş ediblər. Daha sonra xəstə təxəyyüllü separatçı-revanşistlər Ağdamdan keçən yolun açılması "artsax"ı düşmən qapısına aparmaq deməkdir" söyləyərək Ağdam-Əsgəran yolunda barrikada qurmaq qərarına gəliblər. Son nəticədə hayklar həmin yolu beton plitələrlə bağlayıblar...

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, gecə saatlarında Mamul.am saytı haykların bəhs edilən təxribatını əks etdirən video-görüntüləri yayımlayıb.

Bəhs edilən videoda separatçı-revanşistlərin Azərbaycan dövlətinin suvernenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş çıxışları öz əksini tapıb.
vİDEO BURDA: https://www.facebook.com/watch/?v=801755401673716












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru