Əkiz doğulan uşaqların sayı kəskin artıb

20-07-2023, 16:36           
Əkiz doğulan uşaqların sayı kəskin artıb
Dünya ölkələri üzrə əkiz doğulan uşaqların sayı ötən əsrə nisbətən 30 faiz artıb.

Gundem.az xəbər verir ki, bu barədə İsveçin Karolinska İnstitutu məlumat yayıb.

Alimlər artımın başlıca səbəbi olaraq süni mayalanmanı göstəriblər.

"Həkimlər süni mayalanma zamanı hamiləlik şansını artırmaq üçün ana bətninə bir neçə embrion yerləşdirirlər. Bətnə yerləşdirilən embrionların çox olması əkiz uşaq dünyaya gəlməsi ehtimalını 20 dəfəyədək artırır. Digər bir səbəb müasir dövrdə gənc ailələrin nisbətən gec uşaq dünyaya gətirməsi ilə bağlıdır. Belə ki, yaş artdıqca əkiz uşaq dünyaya gəlməsi ehtimalı da artır", - deyə məlumatda qeyd olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.