Selin apardığı avtomobillərə görə təzminat ödəniləcəkmi? - Ekspert

20-07-2023, 18:47           
Selin apardığı avtomobillərə görə təzminat ödəniləcəkmi? - Ekspert
Son günlər ölkə ərazisində müşahidə olunan güclü yağışlar və daşqınlar kənd təsərrüfatı ilə yanaşı əhaliyə bir sıra başqa zərərlər də vurub. Sosial şəbəkə və media üzərindən yayılan videolarda dağ rayonlarındakı daşqınlar zamanı selin bir çox avtomobilləri apardığının şahidi olduq.

Maraqlıdır, təbii fəlakət nəticəsində ziyan dəyən avtomobil sahiblərinə təzminat ödəniləcəkmi?

Qaynarinfo-nun sualını sığorta üzrə ekspert Əli Bayramov cavablandırıb. Mütəxəssis zərərçəkən vətəndaşlara hansı hallada sığorta veriləcəyini belə izah edib:

"Ölkəmizdə avtomobillərin sığortalanması ilə bağlı iki yanaşma mövcuddur. Biri könüllü, digəri isə məcburi xarakterlidir. Məcburi olan avtonəqliyyat sahibinin mülki məsuliyyətinin icbari sığortası yalnız məsuliyyət sığortası ilə bağlıdır. Zərərvuranın zərərçəkənə vurduğu ziyanı həmin bu sığorta qarşılayır. Bu sürücüyə və onun iradəsinə bağlı olan bir şeydir. Amma təbii fəlakətlər nəticəsində dəymiş zərərə təminat verilmir. Çünki bu kimi hallara sığorta dilində də "Allahın işidir" deyilir. Əgər, həmin ziyan dəyən avtomobillər könüllü əsaslarla sığortalanıbsa, o zaman təbii fəlakət nəticəsində dəymiş ziyan təyinata daxil olur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru