Qarabağdakı erməni xəstələri azərbaycanlı həkimlər müayinə edir?

21-07-2023, 14:45           
Qarabağdakı erməni xəstələri azərbaycanlı həkimlər müayinə edir?
Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağdan Ermənistana apardığı erməni xəstələri Laçın postunda tibbi müayinədən keçirməyi təklif edir.

Publika.az xəbər verir ki, bu iddia ilə separatçıların qondarma “dövlət naziri” Qurgen Nersisyan çıxış edib.

Nersisyan Bakının bu təklifindən əsəbiləşib. Bildirib ki, Laçın postunda erməni xəstələrin müayinəsinin aparıldığını istisna etmir. O, bir azdan bu prosesin kameralar qarşısında edilə biləcəyini də deyib.

Bu haqda informasiya rəsmi olaraq təsdiq edilməyib, lakin belə bir təklifin edildiyinə inansaq, bu Bakının humanist yanaşmasının növbəti nümunəsidir. Qarabağda separatçıların nəzarətində qalan erməni əhalisinin normal tibbi müayinəsinin aparılmadığı bəllidir, onların mütəmadi olaraq, tibbi müayinə üçün Ermənistana üz tutması da bundan qaynaqlanır.

Azərbaycanın təklifi də məhz bu ola bilər ki, erməni əhalisi Ermənistana qədər getmədən, Laçın postunda azərbaycanlı həkimlər tərəfindən müayinə edilsin və zərurət olarsa, müalicə və digər tibii xidmətlər göstərilsin. Bu olarsa, erməni əhalisinin reinteqrasiyasına müsbət təsir göstərə bilər. Separatçıları təşvişə salan da məhz budur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru