Məişət məhsullarının tərkibində olan kimyəvi maddələr immunitetə təsir edir

22-07-2023, 12:58           
Məişət məhsullarının tərkibində olan kimyəvi maddələr immunitetə təsir edir
Onların qaraciyərin zədələnməsinə, hormonal pozğunluqlara və doğuşda çəkinin azalmasına səbəb olduğu müəyyən edilib.
Helmholtz adına Ekoloji Tədqiqatlar Mərkəzinin alimləri məişət məhsullarının tərkibində olan kimyəvi maddələrin insan orqanizmin immun hüceyrələrinə təsir etdiyini müəyyən ediblər.
Bu barədə "Lenta.Ru" "Chemosphere" jurnalında dərc olunan nəticələrə istinadən xəbər verib.
PFAS - gündəlik tələb olunan mallarda geniş istifadə olunan sintetik birləşmələr qrupudur. Bu maddələr su və yağ itələyici xüsusiyyətlərə, istilik müqavimətinə malikdir və son dərəcə davamlıdır. Lakin PFAS-ın əsas təhlükələrindən biri onların parçalanmaması, ətraf mühitdə, o cümlədən torpaq və su hövzələrində toplanmasıdır.
Əvvəlki tədqiqatlar bu cür birləşmələrin demək olar ki, bütün insanların qanında olduğunu göstərib. Son vaxtlar dünyanın hər yerindən mütəxəssislər PFAS-ın sağlamlığa təsirini anlamaq üçün onu daha diqqətlə öyrənməyə başlayıblar. Artıq onların qaraciyərin zədələnməsinə, hormonal pozğunluqlara və doğuşda çəkinin azalmasına səbəb olduğu müəyyən edilib.
sputnik












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.