Vardanyanda "panik-atak"lar başladı: sərvətini itirir...

24-07-2023, 11:49           
Vardanyanda "panik-atak"lar başladı: sərvətini itirir...
Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərinə separatçılığı təşviq etmək üçün Rusiyadan göndərilən milyarder-emissar Ruben Vardanyan çarəsizliyini əks etdirən status paylaşıb.

Axar.az xəbər verir ki, Vardanyan heç bir təklif vermək, vəziyyəti dürüst qiymətləndirmək gücündə olmadığını bir daha nümayiş etdirib.

“Heç nə etmək mümkün olmayanda nə etmək lazımdır? Məbəd tikək”, - deyə Vardanyan “özünəməxsus şəkildə” ideya verib.

O bildirib ki, yanacaq yoxdursa, at sürək, piyada gəzək, əlaqə yoxdursa, vərəqə məktub yazaq:

“Bu gün qərar verdik ki, Müqəddəs Akobavanka məbədini bərpa edək: boş əllə - necə ki, əcdadlarımız edib – yanacaqsız, lazımi tikinti materialları olmadan”.

Vardanyan deyib ki, hər kəs əlindən gələni etsin, məbədi bərpa edək, çünki məbəd bizə əlavə güc verir.

Belə məlum olur ki, milyardlarının girovuna çevrilərək, Xankəndiyə gəlməyə məcbur olan Vardanyanda sərvətini itirmək qorxusundan artıq “panik-ataklar” başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru