Rusiyanın “hərbi qüdrəti”nin iflası: Müdafiə Nazirliyinin damındakı “Pantsir-S1” pilotsuz təyyarəni 300 metrdən də az məsafədə vura bilməyib

25-07-2023, 10:18           
Rusiyanın “hərbi qüdrəti”nin iflası: Müdafiə Nazirliyinin damındakı “Pantsir-S1” pilotsuz təyyarəni 300 metrdən də az məsafədə vura bilməyib
Moskvada Müdafiə Nazirliyinin baş qərargahının damında olan “Pantsir-S1” Rusiya paytaxtına hücum edən pilotsuz təyyarəni 300 metrdən də az məsafədə vura bilməyib.

Bu barədə “Azadlıq” radiosunun rus xidməti yazıb. Sosial şəbəkələrdəki şərhlər və peyk görüntüləri 2022-ci ilin sonunda Müdafiə Nazirliyinin qərargahının damında yerləşdirilən “Pantsir-S1” qısa mənzilli zenit-raket kompleksinin hələ də orada olduğunu təsdiqləyir.

Eyni zamanda, Rusiyanın Teleqram kanallarının qeyd etdiyi kimi, bugünkü hücum zamanı pilotsuz uçuş aparatı “Komsomolski prospekti-18” ünvanında yerləşən Müdafiə Nazirliyinin binaları kompleksinə düşüb.

Bu nöqtə “Pantsir-S1”in yerləşdiyi yerdən 300 metrdən də az məsafədə yerləşir. “Azadlıq Radiosu” iddia edir ki, şahidlər bazar ertəsi səhər “Pantsir”in işinə dair heç bir dəlil görməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru