Qubad İbadoğlunun deputat qardaşı “WatsApp”la göndərilən bu MESAJI OXUDU və…

25-07-2023, 07:47           
Qubad İbadoğlunun deputat qardaşı “WatsApp”la göndərilən bu MESAJI OXUDU və…
ADR Partiyasının lideri, tanınmış iqtisadçı alim Qubad İbadoğlunun həbsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Ölkənin vətəndaş cəmiyyəti qurumları, ziyalılar, partiya liderləri iqtisadçı alimin həbsinə mənfi reaksiya verib..

Gununsesi.info-nun əməkdaşı Qubad İbadoğlunun deputat qardaşı Vüqar Bayramovun onun həbsinə münasibətini öyrənməyə çalışıb.

Ancaq Vüqar Bayramov onun telefonuna yazılan WatsApp mesajlarını oxusa da heç bir reaksiya verməyib.

Əməkdaşımızın davamlı zəngləri də Vüqar Bayramov tərəfindən cavablandırmayıb.

Onun köməkçisi isə Qubad İbadoğlunun həbsindən xəbərsiz olduqlarını iddia edib.

Qeyd edək ki, Vüqar Bayramov digər qardaşlarından fərqli olaraq, hökumətin müdafiəçisi kimi tanınır. Görünür, buna görə də qardaşının həbsini pisləmək istəmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru