Tərk etdiyimiz vərdiş ömrümüzü uzadırmış - FOTO

25-07-2023, 13:14           
Tərk etdiyimiz vərdiş ömrümüzü uzadırmış - FOTO
Mümkün qədər uzun müddət gənc və sağlam qalmaq üçün düzgün qidalanmaq, həmçinin çoxlu idmanla məşğul olmaq yaxşıdır. Amma nəticələri artırmaq üçün inanılmaz dərəcədə sadə bir yol var. Söhbət ilk baxışdan qəribə görünən, əslində isə insanın ömrünü əhəmiyyətli dərəcədə uzada biləcək vərdişdən - yerdə oturmaqdan gedir.

Bununla bağlı britaniyalı alimlərin araşdırmalarından məlum olub.


Bildirilir ki, bu nəticələr inanılmaz görünsə də, əslində insan sağlamlığının ümumi fiziki vəziyyətini mükəmməl şəkildə göstərir və funksionallığını ortaya qoyur. Belə ki, gündəlik yerdə oturma vərdişi - tarazlığı və koordinasiyanı yaxşılaşdırmağa kömək edir, həmçinin onurğa sütununu gücləndirir, duruşu düzəldir.
O da bildirilir ki, yerdən qalxma qabiliyyəti 51 yaşdan 80 yaşa qədər olan insanlarda uzunömürlülük göstəricisidir. Təcrübə göstərir ki, yerdən qalxmaqda çətinlik çəkən insanlar bunu rahatlıqla yerinə yetirənlərə nisbətən 5-6 dəfə tez ölmək riski ilə üzləşirlər.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru