Zəlzələni 2 saat öncədən proqnozlaşdırmaq mümkündür, lakin...

25-07-2023, 09:26           
Zəlzələni 2 saat öncədən proqnozlaşdırmaq mümkündür, lakin...
Böyük zəlzələlər qəfil baş versə də, fransız alimlər zəlzələni 2 saat əvvəldən xəbər verə bilən üsul hazırlayıblar. Ancaq metodun işləməsi üçün mövcud texnologiya çox inkişaf etdirilməlidir.

“Qafqazinfo” xəbər verir ki, yeni üsul barədə məlumat “Science Journal”ında dərc olunub.

Məqaləyə görə, elm adamları GPS tərəfindən qeydə alınan çox kiçik yerdəyişmələri təhlil ediblər. Nəticədə yüksək balda (7 və daha yuxarı) zəlzələ baş verməzdən bir neçə saat əvvəl məlumatvermə mərhələsini aşkarlayıblar.

Fransız seysmoloq Quentin Bletery və həmkarı Jean-Mathieu Nokquetin sözlərinə görə, zəlzələdən 48 saat ərzində yer hərəkətinin adətən gözlənilən hərəkətlə uyğunlaşmağa başladığını və zəlzələ vaxtı yaxınlaşdıqca gücləndiyi məlum olub. Elm adamları bu tapıntılara əsaslanaraq, son 2 saatda müşahidə edilən hərəkətin zəlzələ xəbərçisi ola biləcəyi qənaətinə gəliblər.

Lakin mövcud texnologiya ilə bu üsulu həyata keçirmək mümkün deyil. Çünki zəlzələni erkən aşkar etmək üçün avadanlıqlar indikindən təxminən 50 dəfə daha həssas olmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru