Dövlətə külli miqdarda vergi borcu olan şirkət Vergilər Baş İdarəsini məhkəməyə verdi - 1 milyon manatdan çox
26-07-2023, 10:44
"TİCARƏT MƏRKƏZİ" MMC İqtisadiyyat Nazirliyi yanında 11 saylı Ərazi Vergilər Baş İdarəsini məhkəməyə verib.
32gun.az xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Azər Bayramovun sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrə və İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrindən ibarətdir.
Əldə etdiyimiz məlumata görə, nizamanmaə kapitalı 10 AZN, qanuni təmsilçisi ZÜLFÜ TAĞIYEV YUNUS oğlunun olduğu şirkətin dövlətə külli miqdarda vergi borcu var. Belə ki, adıçəkilən şirkətin hazırki vergi borcu 1 milyon 357 min 946 manat 31 qəpikdir.