Azərbaycanda daha bir bankda kritik durum: 37 milyon manat azalma

26-07-2023, 11:04           
Azərbaycanda daha bir bankda kritik durum: 37 milyon manat azalma
“Expressbank” 2023-cü ilin birinci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.

“APA-Economics” banka istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarısında “Expressbank”ın xalis mənfəəti illik müqayisədə 21.3% azalaraq 6 milyon 320 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə bank 8 milyon 28 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 14.4% artaraq 26.9 milyon manat, faiz xərcləri isə 53.3% artaraq 7.1 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 9.1 milyon manata ( illik müqayisədə 4.3% çox), qeyri-faiz xərcləri isə 18.1 milyon manata ( illik müqayisədə 9.5% çox) bərabər olub. Beləliklə bank 8.3 milyon manat əməliyyat mənfəəti qazanıb ki, bu da illik müqayisədə 5.7% və ya 508 min manat azalma deməkdir.

Eyni dövrdə bankın nağd pul vəsaitləri 21.5% və ya 2.4 milyon manat azalaraq 37 milyon manat təşkil edib.

Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 12% və ya 52,5 milyon manat artaraq 489.5 milyon manata yüksəlib. Cari ilin ilk 6 ayında “Expressbank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 18% və ya 53.4 milyon manat artaraq 350.5 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 175.3 milyon manat ( illik müqayisədə 10% çox), biznes kreditləri 105.1 milyon manat ( illik müqayisədə 9.8% çox), daşınmaz əmlak kreditləri isə 70 milyon manat ( illik müqayisədə 67% çox) təşkil edib.

Bu dövrdə “Expressbank”ın cəmi öhdəlikləri 365.7 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 18.8% və ya 57.9 milyon manat çoxdur. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 1.5% və ya 2.9 milyon manat artaraq 196 milyon manata çatıb. Şirkətlərin bankdakı əmənətləri 1.2 milyon manat və ya 3% azalaraq 40.5 milyon manat, fiziki şəxslərin depozitləri isə 4.2 milyon manat və ya 2.8% artaraq 155.4 milyon manat olub.

2023-cü il iyul ayının 1-nə “Expressbank”ın cəmi kapitalı 4.2% və ya 5.5 milyon manat azalaraq 123.6 milyon manat təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru